Alternative content

04:45 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli qürur günü
Milli qürur günü
ANA SƏHİFƏ / SİYASƏT
11:21 14.06.2019
Müasir tariximizin böyük bir mərhələsi görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur. Təkzibolunmaz həqiqətdir ki, Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəldiyi 1969-cu ildən başlanan və bu günlərdə 50-ci ili tamam olacaq tarixi mərhələ haqlı olaraq ölkəmizin bütün sahələrində intibah dövrü kimi dəyərləndirilir.

Bu mərhələdə çox hadisələr baş verdi. Lakin əsas odur ki, hər dəfə Heydər Əliyevin görkəmli siyasətçi kimi müdrikliyinin, uzaqgörənliyinin, əsl dövlət xadimi olaraq dahiliyinin, qətiyyətinin, vətənpərvərliyinin şahidi olduq. İlk dəfə Azərbaycanı geridə qalmış ölkədən ittifaqın qabaqcılı sırasına çıxaran Heydər Əliyev daha sonra itirilmək təhlükəsi qarşısında qalan müstəqilliyimizi qorudu, müasir Azərbaycan dövlətini qurdu.

1993-cü ilin gərgin iyun günləri xatirimizdədir. Dönüb geriyə baxanda ötən 26 ildə Azərbaycanın necə dəyişdiyini, sürətlə inkişaf etdiyini, müstəqilliyinin daha da möhkəmləndiyini, dünya birliyində özünə layiqli yer tutduğunu, regional və qlobal miqyasda söz sahibinə, Cənubi Qafqazın liderinə çevrildiyini görərik. 1993-cü ilin iyununda ölkəmizin parçalanmaq, müstəqilliyimizin itirilmək təhlükəsi yaşandığı ərəfədə biz bugünkü möhtəşəm uğurlarımızın yaxın gələcəkdə olacağını təsəvvür belə edə bilməzdik. Amma bunlar baş verdi, çünki 1993-cü ilin ağrı-acılı iyun günlərində Azərbaycan xalqı ən doğru və ən müdrik seçimini edərək ulu öndər Heydər Əliyevə üz tutmuşdu.

İdarəçilik təcrübəsi olmayan AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti 1993-cü ilin ortalarına doğru ölkədəki siyasi böhranı dərinləşdirmiş, hakimiyyətsizliyə və xaosa gətirib çıxarmışdı. Bununla yanaşı, cəbhədə erməni silahlı qüvvələrinin hücumlarını artırmaları, separatizm olduqca təhlükəli vəziyyət yaratmışdı. Azərbaycanın parçalanması, müstəqilliyimizin itirilməsi qaçılmaz idi. O dövrdə hakimiyyətdə olanlar ölkəni bu vəziyyətdən çıxarmaq iqtidarında deyildilər. Onların Heydər Əliyevə müraciətləri bu həqiqətin təsdiqi idi. Çünki artıq başa düşürdülər ki, yalnız Heydər Əliyev Azərbaycanı başının üstünü almış təhlükələrdən xilas edə bilər. Lakin Heydər Əliyev Naxçıvandan Bakıya yalnız və yalnız xalqının səsinə səs verib gəldi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamların göstəricisi idi. Həmin tarixi iclasda Heydər Əliyev ömrünün sonrakı hissəsini Azərbaycana həsr edəcəyini bəyan etdi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

İyunun 15-dən sonra Azərbaycanda ulu öndərin xilaskarlıq missiyası uğurla reallaşmağa başladı. Beləliklə, xalqımız özünün əsl müstəqilliyinə və dövlətçiliyinə 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu. O günlərdən 26 il ötür. Aradan keçən bu illər təkcə sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın bugünkü inkişafının etibarlı bünövrəsi qoyuldu. Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.

Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Ölkənin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, dünya dövlətləri arasında özünə layiqli yer qazandı. Beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Dövlətin təsisatları yaradıldı, vahid komandanlığa əsaslanan ordu formalaşdırıldı, Konstitusiya qəbul olundu. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni neft strategiyası hazırlanıb həyata keçirildi. Bu strategiyanın bəhrəsini hazırda ölkənin hər bir vətəndaşı öz gündəlik həyatında hiss edir. Azərbaycanın indiki sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar da öz başlanğıcını Milli Qurtuluşdan götürdü.

1993-cü ildən sonra cərəyan edən ictimai-siyasi, iqtisadi proseslər, bütün sahələrdə inkişafa doğru dönüş yaradılması ölkəmizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etməsindən xəbər verirdi. O siyasətçidən ki, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən qurtardı.

Ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Möhtərəm Prezidentin siyasi xəttinin hər bir aspektinə diqqət yetirməklə onun Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. Bu baxımdan Azərbaycanın son 16 ildə keçdiyi böyük inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, müstəqil dövlətimizin yüksəlişinə xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb, beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri regionların yüksəlişidir. Lerik rayonunun yüksəlişi göstərir ki, Azərbaycanın ən ucqar rayonları da davamlı inkişaf edir. Bu mənada Milli Qurtuluş missiyasının əyani nəticəsi Lerikin dünəni ilə bugününün müqayisəsində real təsdiqini tapır. Yaxın keçmişimizdə Lerik ucqar dağ rayonu olaraq gözdən uzaq ərazi kimi xatırlanırdı. İndi isə bütün sahələrdə inkişaf göz önündədir. Rayonda yeni yollar çəkilib, inzibati binalar, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri inşa edilib, bir sözlə, infrastruktur yenidən qurulub. Onlarca yaşayış məntəqəsinə qaz xətti çəkilib. Dünənə qədər dağ rayonu olan Lerik indi Azərbaycanın yüksələn, ölkəmizin turizm şöhrətini dünyaya tanıdan diyardır.

Aradan illər ötdükcə biz Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinin mahiyyətini daha dərindən anlayırıq. Çünki Azərbaycanın bir dövlət kimi ötən 26 ildə qazandığı bütün uğurların təməlində Milli Qurtuluş Günündən etibarən Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu dayanır. Bu gün xalqımız bu yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə gedərək yeni-yeni nailiyyətlərə imza atır.

İqbal MƏMMƏDOV,
Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM