Alternative content

19:14 06 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sarsılmaz müstəqilliyin bünövrəsinin qoyulduğu tarix
Sarsılmaz müstəqilliyin bünövrəsinin qoyulduğu tarix
ANA SƏHİFƏ / SİYASƏT
01:08 14.06.2019


15 iyun Azərbaycanın əbədi müstəqilliyinin və müasir dövlətçiliyinin bünövrəsinin qoyulduğu gün kimi çağdaş tariximizə yazılıb. Xalqımız Milli Qurtuluş Gününü uca tutur və fərəh hissi ilə qeyd edir. Çünki bu bizim dövlətçiliyimizi şərəfləndirən əlamətdar hadisədir. Milli Qurtuluş Günündən ötən 26 il də Azərbaycanın inkişaf və yüksəliş tarixidir.
Milli Məclisin deputatlarının fikirləri bu barədədir.


"Xalq-Heydər” birliyinin əzəmətli təntənəsi


Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 
Milli Məclisin deputatı:

- 26-cı ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü tariximizin şanlı məqamı, müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir. Çünki məhz bu gün Azərbaycanın müstəqilliyinin davamlılığını, dövlətçiliyinin müqəddəratını həll edən tarixi an idi.

Milli Qurtuluş Günü "xalq-Heydər” birliyinin əzəmətli təntənəsi kimi tarixə həkk olunub. Xalq üzləşdiyi bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz Heydər Əliyev şəxsiyyətində görürdü. Bir lider kimi Heydər Əliyev də millətin və dövlətin böhran və məşəqqətlərdən qurtuluşu üçün həyatını qurban verməyə hazır idi. Bu qarşılıqlı etimad, inam - xalq və lider birliyi dünya tarixində az rastlanan faktlardandır. Tariximizin 1980-ci illərdən sonra başlayan və indiyədək davam edən dövrünü diqqətlə araşdırsaq, Milli Qurtuluş Gününün əhəmiyyətini və əlahiddəliyini aydın dərk edərik.

Azərbaycanın müasir dövlətçilik tarixinin ən faciəli və qanlı-qadalı dövrünə çevrilən 1993-cü ilin iyun hadisələri, kəskinləşən siyasi və hərbi böhran AXC-Müsavat iqtidarının siyasi yarıtmazlığının məntiqi nəticəsi idi. Hələ Gəncə hadisələrinə qədər artıq ölkə idarəolunmaz vəziyyətə gəlib çıxmışdı, mərkəzdənqaçma meyilləri pik həddə çatmışdı. Hakimiyyətsizlik, anarxiya baş alıb gedirdi. İqtidarın bu cür idarəçiliyi vətəndaş müharibəsi və ölkənin parçalanması üçün zəmin yaratmışdı. Bir sözlə, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı və AXC-Müsavat iqtidarı da buraxdığı kobud səhvlərlə buna rəvac verirdi.

Respublikamızın başını təhlükələr aldığı həmin o günlərdə bütün nəzərlər ilk vaxtlardan Naxçıvana dikilmişdi. Çünki vəziyyəti təhlil edən hər kəs anlayırdı ki, məhz müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev bu çətinliklərin öhdəsindən gələ, xalqa və dövlətə nicat bəxş edə bilər. O zaman Naxçıvan Ali Məclisinin Sədri kimi Heydər Əliyevin uğurlu siyasət yürütməsi, blokada vəziyyətində olan Naxçıvanda erməni təcavüzünün qarşısının qətiyyətlə alınması, Türkiyə və İranla münasibətlərin yaradılması xalqın diqqətini cəlb edirdi. Ona görə ictimaiyyətin bütün nümayəndələri təkidlə ulu öndəri Bakıya çağırır, israrla hakimiyyətə gəlişini tələb edirdilər. Amma iqtidar Heydər Əliyevin siyasətinə qarşı çıxır və muxtar respublikada hakimiyyət çevrilişi etməyə, ulu öndəri rəhbərlikdən uzaqlaşdırmağa çalışırdı. Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlikdə bir-birini əvəzləyən səriştəsiz iqtidarların hamısı Heydər Əliyevin xalq arasındakı nüfuzundan qorxurdu.

Daim xalqı özünə arxa, kömək hesab edən Heydər Əliyev ona bəslənən ümidləri doğrultmaq üçün məhz həmin günlərdə ölkəni xilas etmək kimi böyük bir məsuliyyəti öz üzərinə götürdü. Beləliklə, 1993-cü ilin iyununda Heydər Əliyevin xalqın iradəsi və çağırışıyla siyasi hakimiyyətə qayıdışı ölkədə yeni ab-hava yaratdı. Ulu öndərdəki əzmkarlıq, vətəndaş yanğısı, tükənməz enerji və sarsılmaz iradə bütün xalqda gələcəyə güclü inam formalaşdırdı.

1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına yol açan böyük siyasi hadisə kimi tarixə həkk olundu. Məhz Heydər Əliyev dövlətçiliyimizi, azadlığımızı qorudu, xilas etdi və bu gün bizim müstəqil, demokratik, hüquqi dövlətdə yaşamaq arzumuzun real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır!

Onun Azərbaycana yenidən qayıdışından sonra ölkəmizdə milli məfkurənin, vətəndaş cəmiyyətinin formalaşması və yüksəlişi, xalqın arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri də ictimai-siyasi qurumların inkişafı və fəallaşmasıdır. Azərbaycan həmkarlar ittifaqlarının müxtəlif siyasi qüvvələrin təsirindən qorunmasında, cəmiyyətdəki missiyasını yerinə yetirməsində ulu öndərin əvəzsiz rolu oldu. Bunların sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı, vətəndaş cəmiyyətinə yad olan inzibati-amirlik metodlarından imtina edildi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının demokratik idarəçilik prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verildi.

Bu gün Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə evsahibliyi etməsi, regionun lider dövlətinə çevrilməsi, enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi çıxış etməsi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır. Ulu öndərin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan bir dövləti kimi nüfuzunu artırır. İlham Əliyevin bu istiqamətdə gördüyü işləri dünyanın ən təcrübəli ekspertləri belə qeyri-adi istedadın, təfəkkürün, gücün məhsulu kimi qiymətləndirirlər.

Azərbaycan Həmkarlar İttifaqları da ölkəmizin artan nüfuzuna uyğun olaraq dünya həmkarlar hərəkatında sayılıb-seçilən təşkilatlar səviyyəsinə yüksəlib. Təşkilatımızın beynəlxalq aləmdə, cəmiyyətimizdə nüfuzunun artmasında cənab İlham Əliyevin xidməti müstəsna əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlərinə görə daim ehtiramla xatırlanacaq, yad ediləcək. Milli Qurtuluş Günü ilə təməli qoyulan yüksəliş isə sürətlə davam edir. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyən etdiyi istiqamətlə dövlətimizi yeni nailiyyətlərə doğru aparır.


Azərbaycanın işıqlı gələcəyinin başlanğıcı

Kamran Bayramov,
Milli Məclisin deputatı:

- Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı ölkəmizin zəngin çoxəsrlik siyasi tarixinə möhtəşəm hadisə kimi yazıldı.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin sükanı arxasında xalqın həmrəyliyini təmin edə biləcək qüdrətli lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin işğalı, əhalinin gündən-günə ağırlaşan sosial vəziyyəti, ölkə daxilində gərginləşən siyasi vəziyyət, Azərbaycanın bu çətinliklərin qarşısını almaq, xalqı öz arxasınca aparmaq iqtidarında olan rəhbərə ehtiyacı olduğunu şərtləndirirdi. Cəmiyyətimizin bütün zümrələri tam əmin idi ki, müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və böhranlı vəziyyətdən çıxarmağa qadir yeganə siyasətçi məhz Heydər Əliyevdir.

1993-cü ilin ortalarında daxili hakimiyyət böhranı daha da kəskinləşdi, bu dövrdə hakimiyyətdə olan qüvvələr səriştəsiz əməlləri ilə ölkəmizin müstəqilliyini ciddi təhlükə altına qoydular. Yalnız həmin ilin iyun ayında xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə görülmüş təxirəsalınmaz sosial-iqtisadi və siyasi tədbirlər dövlətimizin möhkəmlənməsinə, dünya birliyinə inteqrasiya olunmasına və ölkəmizdə vətəndaşların maraq və mənafelərinə cavab verən müasir cəmiyyətin qurulmasına yol açdı. Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycanın gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilməsi üçün genişmiqyaslı və köklü islahatlara başlandı.

15 iyun Azərbaycanın tərəqqisinin başlanğıc tarixidir. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Milli Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Həmin vaxtdan Azərbaycan xalqı 15 iyun gününü ən əziz bayramlardan biri kimi qeyd edir, Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir və bu əlamətdar hadisəni məhz Heydər Əliyevin adı ilə bağlayır. Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq Heydər Əliyevin səyi ilə gələcəyə inamla baxan, öz sözünü deyən qüdrətli bir dövlətə çevrilib.

Bu gün Prezident İlham Əliyev ümummilli liderimizin siyasi dəst-xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yolla gedən Azərbaycan dayanmadan yüksəlir, inkişaf edir, nailiyyətlər əldə edir, uğurlar qazanır. Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdir ki: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır. Bu, onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla irəliyə aparacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM