Alternative content

14:18 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
23:14 13.06.2019

İyunun 13-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib. Məlum olduğu kimi UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Bununla əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.

AZƏRTAC xəbər verir ki, iyunun 13-də Bakı Konqres Mərkəzində mədəniyyət naziri, Təşkilat komitəsinin sədri Əbülfəs Qarayevin iştirakı ilə sessiyaya hazırlıqla əlaqədar keçirilən toplantıda aidiyyəti nazirliklərin, dövlət komitələrinin, digər qurumların rəhbər və məsul şəxsləri iştirak edib.

Əbülfəs Qarayev çıxış edərək Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Qeyd etdi ki, ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Təşkilat komitəsinin sədri vurğulayıb ki, UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi hər bir əlaqədar təşkilatın üzərinə böyük vəzifələr qoyur. Bundan əvvəl keçirilən hazırlıq iclasından sonra demək olar ki, görüləcək işlərin əksər hissəsi həyata keçirilib. Biz tədbir günlərində bütün proses və davamiyyəti nəzərdə saxlamalıyıq. Tədbirin keçiriləcəyi günlərdə bütün qərargahlar işini eyni səviyyədə həyata keçirməlidir. 2400-ə yaxın iştirakçının yerləşdiriləcəyi otel və məkanlar qərargahlar tərəfindən nəzarətdə saxlanmalıdır. Tədbir iştirakçıları dünyada ictimai fikri formalaşdıran insanlardır və onların bizim vətənimiz, şəhərimiz, tarixi abidələrimiz, mədəni sərvətlərimiz haqqında düşüncələri və yazdıqları olduqca vacib əhəmiyyət kəsb edir. Bu elm adamlarının məqalələri dünya miqyasında mütəxəssislər tərəfindən oxunur və müzakirə edilir. Sessiyanın keçirildiyi günlərdə Bakıda tədbirin ruhuna uyğun konsert və tamaşalar təqdim olunmalı, ölkəmizin qüdrəti, tarixi-mədəni irsimiz təcəssüm etdirilməlidir.

Tədbirə dünyanın nüfuzlu media qurumlarının təmsilçiləri cəlb olunub.

Sonra tədbirin Əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təqdimatla çıxış etdi. O, tədbirin təşkilində dəstək olan dövlət qurumlarına təşəkkürünü bildirib və UNESCO qərargahında keçirilmiş "məlumat sessiyası” ilə bağlı detalları diqqətə çatdırdı. Bildirildi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə tədbir iştirakçılarının ölkəyə gəlişi asanlaşdırılıb və əlavə tədbirlər həyata keçiriləcək. Prosesə 26 otel cəlb olunub. Konqres Mərkəzdə məlumat məntəqəsi və qaynar xətt fəaliyyət göstərəcək. Hazırda 122 ölkə və 2000-dən çox iştirakçı 14 kateqoriya üzrə qeydiyyatdan keçib. Qonaqlar üçün turlar və mədəni proqramlar təqdim olunacaq.

Qeyd olunub ki, hotellər qonaqları qarşılamağa tam hazırdır.

İçərişəhər və Qobustan qoruqları xüsusi iş rejimində çalışmalı, hər bir muzey və qoruq ingilis, rus və fransız dilini bilən bələdçilərlə təmin edilməlidir. Həmçinin paytaxtın böyük ticarət obyektləri də işini uyğun şəkildə qurmalıdır. Bundan əlavə, şəhərdə abadlıq işlərinin həyata keçirildiyi tarixi binaların üzərində göstəricilərin vurulması təmin edilməlidir.

Vurğulanıb ki, sessiyanın açılış mərasimi əvvəlcə nəzərdə tutulduğu kimi Qoşa Qala qapısında açıq havada deyil, Heydər Əliyev Mərkəzində reallaşacaq. Əsas iclaslar isə Bakı Konqres Mərkəzində keçiriləcək və tədbir UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa və davamlı yayımlanacaq: "Sessiya çərçivəsində iyunun 23-də "Gənc peşəkarların forumu” və iyunun 26-da "Abidə menecerlərinin forumu” da təşkil olunacaq. Buna görə də paytaxtla yanaşı, regionlarda Qəbələ, İsmayıllı, Lahıcda da tədbirlər keçiriləcək”

Bildirilib ki, sessiya günlərində rəngarəng mədəni proqram və tədbirlər təşkil olunmalı, şəhərin ümumi mənzərəsi qonaqlarda xoş təəssürat yaratmalıdır. Bu məqsədlə Dövlət Reklam Agentliyinə müvafiq tapşırıqlar verilib. Vurğulanıb ki, mədəni proqramla əlaqədar "Culture Guide” jurnalının xüsusi buraxılışı nəşr olunub.

Nazir iclasın sonunda bir daha əlaqədar qurumlara öz tapşırıq və tövsiyələrini verib. Təşkilatı işlərlə bağlı sualları cavablandırıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM