13 Iyun 2019 17:10
1306
İQTİSADİYYAT
A- A+

Yüksək Texnologiyalar Parkında müxtəlif təyinatlı sürtkü yağları və digər istehlak məhsulları istehsal edilir


SOCAR-AMEA əməkdaşlığı çərçivəsində Yüksək Texnologiyalar Parkında müxtəlif təyinatlı sürtkü yağları və digər istehlak məhsulları istehsal olunur.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, iyunun 13-də şirkətin prezidenti Rövnəq Abdullayev və rəhbərliyin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında olublar.

AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılıb və burada müxtəlif təyinatlı innovativ müəssisələr fəaliyyət göstərir.

SOCAR-ın rəhbərliyi ilk növbədə AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, "AMEA Təcrübə-Sənaye Zavodu” SOCAR-la əməkdaşlıq çərçivəsində öz xammal təchizatının bir hissəsini Heydər Əliyev adına neft emalı zavodunun vasitəsilə həyata keçirir. Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağları, antikorroziya vasitələri, dizel mühərrik yağları, transmissiya yağları, yanacaq qatqıları, qazma məhlulları kimi müxtəlif çeşidli məhsulları istehsal edən MMC-lər bununla SOCAR-ın dəyər zəncirinin son istehlak məhsullarına çevrilməsində iştirak edirlər.

Daha sonra SOCAR-ın rəhbər heyəti AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin pilotsuz uçuş aparatları və hərbiyönümlü innovasiya məhsulları ilə tanış olublar. Görüşün sonunda AMEA Yüksək Texnologiyalar Parkının əsas inzibati binasında dəyirmi masa ətrafında gələcək əməkdaşlığın təşkili, kadr və təcrübə mübadiləsinin aparılması ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, AMEA-nın təşəbbüsü ilə qurulmuş və beynəlxalq akkreditasiyadan keçmiş Yüksək Texnologiyalar Parkının əsas hədəfləri Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına töhfə vermək, iqtisadiyyatımızın ümumi rəqabət qabiliyyətini artırmaq, habelə müasir elmi və texnoloji nailiyyətlərə, yüksək texnologiyalara əsaslanan istehsalat müəssisələrinin fəaliyyəti üçün münbit şərait yaratmaqdır. Parkın rezidentləri müxtəlif çeşidli sürtkü materiallarından əlavə həm də elektronika, avtomatika, proqram təminatı, dron və digər elektron cihazlarını istehsal edir. Parkda dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalı artıq təkmilləşdirilib, perspektivdə çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video