Alternative content

07:58 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni layihə əsasında 500 əlilliyi olan şəxsə özünüməşğulluq formatında dayanıqlı biznesə sahib olmaq imkanı yaradılır
Yeni layihə əsasında 500 əlilliyi olan şəxsə özünüməşğulluq formatında dayanıqlı biznesə sahib olmaq imkanı yaradılır
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:06 13.06.2019

BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icrasına başladıqları yeni "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi 500 əlilliyi olan şəxsə özünüməşğulluq formatında dayanıqlı biznesə yiyələnmək imkanı yaradacaq. Layihənin icrası üçün müəyyən edilmiş 12 şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyata alınan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMTİP-in Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşündə qeyd edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətdə əhalinin məşğulluq imkanlarının artırılması, eyni zamanda, həssas qrupların səmərəli məşğulluğuna şərait yaradılmasının mühüm yer tutduğunu xüsusi diqqətə çatdırıb. Həmin qruplardan biri kimi əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün müvafiq işlər davam etdirilir. Özünüməşğulluq proqramı çərçivəsində də digər həssas qruplarla bərabər, əlilliyi olan şəxslər üçün də kiçik ailə təsərrüfatları yaradılır.

Nazir ötən il proqram çərçivəsində aktivlər verilməklə kiçik ailə biznesini yaradanların 1000 nəfərini bu kateqoriyadan olanlar təşkil etdiyini deyib. Qeyd olunub ki, BMTİP ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi həmin prosesə əhəmiyyətli dəstəyini vermək məqsədi daşıyır. Layihəyə cəlb ediləcək əlilliyi olan şəxslər üçün sosial-əmək reabilitasiyası və kommunikativ bacarıqlar üzrə təlimlər də təşkil ediləcək.

S.Babayev ümumilikdə nazirliklə BMTİP arasında səmərəli əməkdaşlığın mühüm fəaliyyət istiqamətləri üzrə genişləndiyini qeyd edib. O, həmçinin birgə icra olunan "Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsinin gənclərin əmək bazarına çıxışının dəstəklənməsində töhfəsini verdiyini bildirib.

A.Frakassetti həssas qrupların məşğulluq imkanlarının artırılması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərin, eləcə də gənclər üçün aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinin təqdirəlayiq olduğunu deyib. O, BMTİP-in bu sahədə nazirliklə birgə layihələrinin əhəmiyyətini vurğulayıb, əməkdaşlıq müstəvisində işlərin ardıcıl xarakter almasının məmnunluq doğurduğunu qeyd edib.

Görüşdə birgə icra olunan "Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı”, "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” və "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihələrinin icra vəziyyəti və görüləcək işlər müzakirə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM