Alternative content

07:28 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan–Avropa İttifaqı biznes forumu keçirilir
Azərbaycan–Avropa İttifaqı biznes forumu keçirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:58 13.06.2019
Yohannes Han: Azərbaycan Avropa İttifaqının mühüm ticarət tərəfdaşıdır


İyunun 13-da Bakıda V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, bu biznes foruma da maraq böyük olub. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri də daxil olmaqla ümumilikdə 1000-dək iştirakçı qatılıb.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ənənəvi olaraq keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunun ölkəmizlə Aİ arasında iqtisadi əməkdaşlıq perspektivlərinin, qarşılıqlı ticarət və investisiya imkanlarının müzakirə edilməsi üçün önəmli platforma rolunu oynadığını vurğulayıb. Bildirib ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və qarşılıqlı əlaqələrin artan dinamikasında yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu ilin mayında Brüsselə, ümumilikdə isə son 10 ildə Avropa İttifaqına 9 səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan və Aİ arasında müxtəlif sahələri əhatə edən müqavilə-hüquq bazası yaradılıb.

Ş.Mustafayev vurğulayıb ki, ticarət ikitərəfli əməkdaşlığımızda əsas istiqamətlərdən biridir və Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. 2018-ci ildə ölkəmizin xarici ticarətində Aİ-nin payı isə 42 faiz təşkil edib. Bununla belə, ticarətin genişləndirilməsi üçün ardıcıl tədbirlər görülür. Mütəmadi olaraq ixrac missiyaları təşkil olunur, sahibkarlarımız beynəlxalq sərgilərdə iştirak edirlər. Azərbaycanın Polşada 10 ölkəni əhatə edən ticarət nümayəndəliyi, Riqa və Varşavada Ticarət Evləri fəaliyyət göstərir. Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsində 30 faizlik artıma nail olunub.

İnvestisiya sahəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdıran İqtisadiyyat naziri Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına 33,6 milyard dollar, ölkəmizin isə Aİ ölkələrinə 15 milyard dollaradək investisiya yatırdığını bildirib. Qeyd edib ki, Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1600-dan çox şirkəti fəaliyyət göstərir.

Azərbaycanın Avropa İttifaqının əsas enerji tərəfdaşlarından olduğunu vurğulayan Ş.Mustafayev qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması nəticəsində bu sahədə əməkdaşlığımız daha da genişlənəcək. Bu, nəhəng infrastruktur layihəsinə 40 milyard dollaradək sərmayə yatırılıb. Layihənin 3 komponenti – "Şahdəniz 2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP artıq istifadəyə verilib. TAP üzrə işlərin gələn il başa çatdırılması gözlənilir.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzidir, Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, son standartlara cavab verən avtomobil yolları bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də əhəmiyyətli dərəcədə artıb, 2018-ci ildə Azərbaycan ərazisindən 9,3 milyon ton tranzit yük daşınıb və tranzit qeyri-neft məhsullarının həcmində 49 faiz artım qeydə alınıb.

Biznes forumda Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr barədə məlumat verib.

Nazir diqqətə çatdırıb ki, Avropa İttifaqı Biznes Mühiti Hesabatı üçün ötən il keçirilmiş sorğuda Aİ şirkətlərinin 65 faizi Azərbaycandakı makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 89 faizi isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Bununla yanaşı, Avropa İttifaqının 2018-ci ildəki "Azərbaycan investisiya məkanı kimi” sorğusunda iştirak etmiş şirkətlərin 66 faizi ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək qiymətləndiriblər.

Biznes forumun müzakirələr üçün əlverişli platforma olduğunu vurğulayan Ş.Mustafayev Aİ ölkələrinin şirkətlərini Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yararlanmağa, fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han ötən 10 il ərzində "Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsi çərçivəsində görülən işlər haqqında danışıb, bu dövrdə proqramın iştirakçı ölkələri ilə iqtisadi əməkdaşlığın inkişaf etdiyini, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, kiçik və orta biznes, nəqliyyat-tranzit, İKT, gənclər siyasəti, təhsil və sair sahələrin inkişafı üçün əhəmiyyətli addımlar atıldığını qeyd edib və bildirilib ki, bu istiqamətdə dəstək tədbirləri davam etdiriləcək. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı, mühüm ticarət partnyoru olduğunu vurğulayan Y.Han Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin inkişafının önəmini qeyd edib.

Sonra Alman-Azərbaycan Xarici Ticarət Palatasının şöbə müdiri Nigar Bayramlı Avropa İttifaqının Azərbaycanın biznes mühitinə dair 2019-cu il üzrə hesabatını təqdim edib. Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov, Təhsil nazirinin müavini İdris İsayev, Ədliyyə nazirinin müavini Toğrul Musayev çıxışlarında hesabatda öz əksini tapmış məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin müvafiq sahələrdə həyata keçirilən islahatlar və görüləcək işlər barədə məlumat verib, islahatların davamlı olacağını vurğulayıblar.

Azərbaycan-Avropa İttifaqı biznes forumu panel iclaslarla öz işini davam etdirir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM