13 Iyun 2019 15:48
979
İDMAN
A- A+

II Avropa Oyunlarında idmanın 15 növü üzrə 200 medal dəsti oynanılacaq


İyunun 21-dən 30-dək Belarus Respublikası II Avropa Oyunlarını – Avropa Olimpiya Komitələrinin (EOC) rəhbərliyi altında Qoca qitənin idmançıları arasında dörd ildən bir keçirilən beynəlxalq kompleks idman yarışlarını qəbul edəcək.

AZƏRTAC Belarus Respublikasının İnformasiya Nazirliyinin məlumatına istinadla xəbər verir ki, II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar Tokioda 2020-ci ildə keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları dərəcəsində keçiriləcək.

II Avropa Oyunlarının ev sahibi müəyyən edilərkən bir neçə ölkə öz maraqlarını ifadə edib. Bununla bağlı EOC 2019-cu il Avropa Oyunlarının keçiriləcəyi yerin seçilməsi prosesini əlaqələndirən işçi qrupu yaradıb. Əvvəlcə Niderland, Rusiya, Türkiyə, Polşa və digər ölkələr Oyunlara ev sahibliyi etmək arzularını bildiriblər.

2016-cı il oktyabrın 21-də Belarusun paytaxtında təşkil edilən EOC-un Baş Assambleyasının XXXXV iclasında II Avropa Oyunlarının keçiriləcəyi dəqiq yer kimi Minsk seçilib.

Oyunlar zamanı Belarus paytaxtına 4 minə yaxın idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 Milli Olimpiya Komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışları idman üzrə 650 beynəlxalq, həmçinin 410 yerli hakim idarə edəcək. Gözlənildiyinə görə, Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının 100-dən çox prezidenti və baş katibi, Avropa ölkələrinin idman nazirlər, EOC-un mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, Avropa MOK-larının prezidentləri və baş katibləri, Avropa MOK-un 200-dən çox qonağı, həmçinin Avropa dövlətlərinin prezidentləri, Baş nazirləri və yüksəkvəzifəli şəxsləri gələcəklər. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.

2019-cu ilin II Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən "Dinamo”, "Minsk-arena”, "Çijovka-arena” stadionlarında keçiriləcək.

Oyunların Minskdə təşkili və keçirilməsi Avropanın idman həyatında əlamətdar hadisədir. Bu, Belarus Respublikasının etibarını möhkəmlətməyə və Olimpiya dəyərlərinin yaxşılaşdırılmasına, sağlam həyat tərzinə, bədən tərbiyəsi və idmanın inkişafına çox böyük diqqət ayıran sosialyönümlü dövlət kimi nüfuzunu təsdiqləməyə imkan verəcək.

Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanması və mənzil başına rahat çatması məsələlərində Belarus paytaxtının turizm sahəsi, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bu kontekstdə nəqliyyat xidmətinin kompleks planı hazırlanır. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınacaq.

İyunun 21-dən 30-dək - on gün ərzində idmançılar 200 medal dəsti uğrunda yarışacaqlar.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında keçirilib. Qeyri-rəsmi ümumi komanda hesabında medalların dəyərinə görə Rusiya Federasiyası birinci yeri tutub. Rusiyalı idmançılar 164 mükafat, o cümlədən 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. Azərbaycan komandası 56 mükafat (21 qızıl, 15 gümüş və 20 bürünc) qazanıb və qeyri-rəsmi ümumi komanda hesabında ikinci yeri tutub. Belarus yığması isə 43 mükafatla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video