13 Iyun 2019 14:04
830
İQTİSADİYYAT
A- A+

Çinin “Nuctech” şirkəti Azərbaycan gömrüyü ilə işgüzar əlaqələr qurmaq istəyir


Çinin "Nuctech” şirkəti Azərbaycan gömrüyü ilə işgüzar əlaqələr qurmaq istəyir.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 13-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Nuctech” şirkətinin vitse-prezidenti San Şanqmin ilə görüşüb.

Görüş Bakıda, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi çərçivəsində baş tutub.

Azərbaycan gömrüyünün informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verdiyini qeyd edən S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər gömrük sistemində həyata keçirilən mütərəqqi islahatlar hesabına bu sahədə mühüm nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.

Komitə sədri Azərbaycan gömrük orqanlarının tamamilə kağızsız texnologiyalar əsasında fəaliyyət göstərdiyini bildirib, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına gömrük rəsmiləşdirilməsinin sadə və sürətli şəkildə həyata keçirilməsinin, ticarətin və sərhədkeçmə proseslərinin asanlaşdırılmasının və şəffaflığın təmin olunduğunu vurğulayıb.

O da qeyd olunub ki, Azərbaycan gömrük orqanlarının informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir sıra layihələrindən dünyanın müxtəlif ölkələrinin gömrük orqanları yararlanır. S.Mehdiyev Dövlət Gömrük Komitəsinin bu sahədə əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi önəm verdiyini və "Nuctech” şirkəti ilə əməkdaşlığın da hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

"Nuctech” şirkətinin vitse-prezidenti S.Şanqmin səmimi qəbula və ÜGT-nin konfrans və sərgisinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Qonaq informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən elm adamlarının, gömrük qurumlarının, biznes nümayəndələrinin Bakıda keçirilən görüşünün bu sahənin inkişafına töhfə verəcəyini vurğulayıb. Təmsil etdiyi qurum və onun fəaliyyət sahələri haqqında da məlumat verən S.Şanqmin Azərbaycan gömrüyü ilə səmərəli və işgüzar əlaqələrin qurulmasından məmnun olacağını diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video