Alternative content

08:00 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərbi hissələrdə ekoloji təhlükəsizliyin təmin edilməsinə və ətraf mühitin mühafizəsinə dair konfrans keçirilib
Hərbi hissələrdə ekoloji təhlükəsizliyin təmin edilməsinə və ətraf mühitin mühafizəsinə dair konfrans keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
13:08 13.06.2019

Cari tədris ilinin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət Mərkəzində Tibb Baş İdarənin Ekologiya və təbiəti mühafizə şöbəsi tərəfindən "Hərbi hissələrdə şəxsi heyətin ekoloji təhlükəsizliyinin təmin edilməsi və ətraf təbii mühitin mühafizəsi” mövzusunda konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda hərbi hissələrdə gündəlik fəaliyyət zamanı şəxsi heyətin ekoloji təhlükəsizliyinin təmini, ətraf mühitin və hərbi əmlakın ekstremal amillərdən qorunması, şəxsi heyətin sağlam ekoloji təmiz mühitdə xidmətinin və yaşayışının təmin olunması barədə müasir elmi-nəzəri və praktiki nəticələrə əsaslanan təqdimatlar və məruzələr dinlənilib.

Tədbirdə, həmçinin hərbi hissələrin yerləşdiyi ərazilərdə ətraf mühitin mühafizəsi, Hərbi Dəniz Qüvvələrində Xəzər dənizi akvatoriyasında çirklənmənin qarşısının alınması və bioloji müxtəlifliyin qorunması, şəxsi heyətin təlim məşqləri və döyüş hazırlığı zamanı ətraf təbii mühitə dəyə biləcək ziyanın qismən azaldılması, işğal olunan ərazilərdə düşmən tərəfindən ətraf mühitə vurulan ziyanla bağlı müzakirələr aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM