13 Iyun 2019 13:04
1028
Elm və texnika
A- A+

Yaqub Mahmudovun polyakcaya tərcümə edilmiş kitablarının Varşavada təqdimatı olub


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun polyak dilinə tərcümə edilmiş "1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və "Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): Azərbaycan xalqının tarixinin parlaq səhifəsi” kitablarının Polşanın Varşava Universitetində təqdimatı keçirilib.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, nəşrlərin təşəbbüskarı Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, elmi redaktorları isə tarixçi alimlər Natiq Məmmədzadə və İlqar Niftəliyevdir. "1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” kitabının polyakca nəşrinin redaktoru Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşı Şəhla Kazımovadır.

Təqdimat zamanı səfir Həsən Həsənov nəşrlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir polyak gənclərinə müraciət edərək bildirib ki, bu kitablar Azərbaycan həqiqətlərini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. O, çıxışında Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Polşa əlaqələrindən ətraflı danışıb.

Kitablar Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə çap olunub.

Yaqub Mahmudov kitabların nəşrinə görə Azərbaycanın Polşadakı səfirliyinə və AİDA-ya təşəkkür edib. O, Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyətindən danışaraq bildirib ki, Varşavanın mərkəzi parklarından birində Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsinə abidə ucaldılıb: "Polşada Uzun Həsən və IV Kazimirə, İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova, Adam Mitskeviç və Mirzə Cəfər Topçubaşova həsr edilmiş xatirə lövhələri quraşdırılıb. Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir”.

Akademik bildirib ki, böyük imperiyalar XX əsrdə Azərbaycan və Polşa xalqlarını məhv etmək siyasəti yeridiblər.

Yeni nəşrlər polyak gəncləri arasında böyük marağa səbəb olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video