Alternative content

18:46 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
17:27 25.06.2019 Rusiya AŞ PA-ya qayıtdı
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda bu günədək 255 min 899 hektar sahədə taxıl biçini aparılıb - operativ məlumat
Azərbaycanda bu günədək 255 min 899 hektar sahədə taxıl biçini aparılıb - operativ məlumat
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:29 13.06.2019

İyunun 13-nə olan operativ məlumata görə, ölkə ərazisində 255899,4 hektar ərazidə taxıl biçini aparılıb, 215100,1 hektar ərazidə arpa, 40799,3 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 767721,1 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30 sentner təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindənAZƏRTAC-a bildiriblər ki, hazırda respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29058 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Neftçala

31404

29088

26,8

Şəki

21626,3

13440

34,0

Biləsuvar

14900

13994

32,0

Sabirabad

9600

9106

37,7

Zərdab

5730

5424

30,6

Yevlax

5082,5

4800

29,0

Cəlilabad

4509,1

4260

35,1

Bərdə

2568

2568

31,0

Beyləqan

1765

1711

27,7

Samux

3544

2881

35,1

Goranboy

11500

8745

24,0

Qax

2881

2332

26,1

Masallı

2786

2588

20,5

Ağcabədi

5637

4530

33,1

Füzuli

8505

7132

30,5

Ağdam

2215

1655

35,8

Tərtər

3814,5

2721

33,9

İmişli

6322

4892

32,1

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM