Alternative content

18:48 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
17:27 25.06.2019 Rusiya AŞ PA-ya qayıtdı
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Abşeron kurortları MDB məkanında ən populyar kurortların ilk beşliyinə daxildir
Abşeron kurortları MDB məkanında ən populyar kurortların ilk beşliyinə daxildir
ANA SƏHİFƏ / Turizm
12:02 13.06.2019

Azərbaycanın Abşeron yarımadasındakı kurortlar MDB ölkələri kurortlarının ilk beşliyinə daxildir.

AZƏRTAC xəbər verir ki, Rusiyanın "TurStat” analitik agentliyi 2019-cu ilin yayında MDB məkanında istirahət etmək üçün ən yaxşı və ən populyar kurortların reytinqini tərtib edib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan kurortları MDB məkanında ən populyar kurortlar hesab edilib.

Agentlik bildirir ki, yay mövsümündə MDB ölkələrinə turizm səfərlərinin əsas üstünlükləri bu ölkələrə gediş-gəlişin vizasız olması, yerli sakinlərin rus dilini bilməsi, qonaqpərvərliyi, istirahətin çox baha olmaması, dadlı yerli yeməklər və bol meyvələrdir.

Azərbaycanın Abşeron yarımadasındakı kurortlar MDB ölkələri kurortlarının ilk beşliyinə daxil edilib.

MDB ölkələrinin kurortlarının reytinqi rusiyalı turistlər tərəfindən həmin kurortlara səfərlərin və kurortlarda infrastruktur baxımından inkişaf səviyyəsinin təhlilinin nəticələri əsasında tərtib edilib.

"TurStat” agentliyinin məlumatına görə rusiyalı turistlər yayda MDB kurortlarına 7-14 günlüyə istirahətə üçün gəlirlər. Bu kurortlarda turistlərin yay istirahət büdcəsi sutkada 50-110 dollar həddindədir. MDB kurortlarından ən ucuzları İssık-Kul (sutkada 50 dollar) və Burabay (sutkada 70 dollar), ən bahaları isə Abşeron yarımadasındakı Bilgəh və digər kurortlardır. Bakıda, Xəzər dənizi sahilində yerləşən bu kurortlarda istirahət sutkada 110 dollara başa gəlir.

Rusiyalı turistlər MDB kurortlarına əsasən Moskva şəhərindən və Moskva vilayətindən, Sankt-Peterburq, Cənubi Ural və Şərqi Sibir regionlarından gəlirlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM