Alternative content

02:28 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi Vaşinqtonda təntənəli şəkildə qeyd olunub
Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi Vaşinqtonda təntənəli şəkildə qeyd olunub
ANA SƏHİFƏ / SİYASƏT
01:43 13.06.2019


Vaşinqtondakı tarixi və mötəbər "Endryu Melon Auditorium”da 28 May - Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi münasibətilə təntənəli ziyafət təşkil edilib. Təxminən min nəfərin qatıldığı ziyafətdə ABŞ Prezidenti Administrasiyasının, Dövlət Departamentinin və Pentaqonun rəsmiləri, generallar, Konqres üzvləri, digər dövlət qurumlarının nümayəndələri, habelə Vaşinqtondakı diplomatik korpusun, düşüncə mərkəzlərinin, müxtəlif ştatlardan ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Türkiyənin ədliyyə naziri Əbdülhamit Gül, habelə Azərbaycanla tərəfdaşlıq edən Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti də iştirak edib.

Tədbirin əvvəlində tanınmış müğənni Devid Difranko Azərbaycanın və ABŞ-ın Dövlət himnlərini ifa edib.

Sonra səfir Elin Süleymanov çıxış edərək 2019-cu ildə müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq cümhuriyyətinin 101-ci ildönümünün qeyd olunduğunu, Cümhuriyyətin qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqı üçün zəngin irs və gələcəyə yönəlik arzular yaratdığını və bunun əsasında 1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin fikrini diqqətə çatdıran diplomat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları yaşasaydı, bu gün Azərbaycanın nailiyyətləri ilə fəxr edərdilər.

Səfir, həmçinin Azərbaycan diplomatik xidmətinin 100-cü ildönümü ilə bağlı ölkəmizin bütün diplomatlarını təbrik edib, ölkəmizin Prezidentinin rəhbərliyi ilə diplomatik xidmətin Azərbaycanın güclənməsinə xidmət etdiyini vurğulayıb.

Səfir Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq ölkələrimiz arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan geniş əməkdaşlıq həyata keçirildiyini söyləyib. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırladan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. Həmçinin E.Süleymanov Respublika Günü münasibətilə ABŞ prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeonun Azərbaycan Prezidenti və xalqına təbrikini xatırladıb.

Ziyafətdə əsas natiq qismində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk respublika olduğunu, bu respublikanın irsi əsasında hazırda Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə dinamik inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının Azərbaycanın bugünkü nailiyyətləri ilə fəxr edə biləcəyinə dair dövlətimizin başçısının fikrini səsləndirib. Hazırda Azərbaycanın ABŞ-ın etibarlı və strateji tərəfdaşı olduğunu qeyd edən Hikmət Hacıyev ölkəmizin əsgərlərinin beynəlxalq sülhə töhfə verdiklərini və amerikalı əsgərlərlə çiyin-çiyinə xidmət apardıqlarını vurğulayıb. Şöbə müdiri Azərbaycanın diplomatik xidmətinin 100 illiyi ilə bağlı da təbriklərini çatdırıb.

ABŞ müdafiə katibinin köməkçisinin müavini Laura Kuper çıxış edərək ölkəmizi Respublika Günü və diplomatik xidmətin 100 illiyi ilə bağlı təbrik edib. O, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu vurğulayaraq ölkəmizin Əfqanıstanda və terrorçuluğa qarşı mübarizə sahəsində göstərdiyi dəstəyin həm regional, həm də qlobal sülhə əhəmiyyətli töhfə olduğunu bildirib. L.Kuper ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığını davam etdirmək əzmini ifadə edib.

Daha sonra çıxış edən ABŞ Dövlət katibinin köməkçisinin müavini Corc Kent 101 il bundan əvvəl Şərqin ilk respublikasının Azərbaycan xalqı tərəfindən yaradıldığını vurğulayıb, bu mütərəqqi dövlətin qadınlara seçki hüququ verdiyini xatırladıb. O, Respublika Günü və diplomatik xidmətin 100 illiyi münasibətilə Azərbaycanı təbrik edib. C.Kent ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq həyata keçirdiyini önə çəkərək ölkələrimiz arasında bir sıra sahələrdə aparılan əməkdaşlığı qeyd edib. O, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsi üçün ölkəsinin əzmini ifadə edib.

ABŞ milli qvardiyasının komandan müavini, üçulduzlu general Daniel Hokanson çıxış edərək Azərbaycanla tərəfdaşlığın vacibliyini qeyd edib, Pentaqon, o cümlədən Oklahoma Milli Qvardiyası ilə aparılan fəaliyyətə toxunub. Eyni zamanda, Oklahoma ştatının qubernatorunun 28 may tarixinin Oklahomada Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatı səsləndirilib.

Tədbirdə ABŞ Konqresində Azərbaycanla dostluq qrupunun həmsədri Stiv Şabot çıxış edərək Azərbaycanı 28 May - Respublika Günü ilə bağlı təbrik edib və ölkəmizin əhəmiyyətli rolunu vurğulayıb.

Konqresmen Dunkan Hanter Azərbaycanın Əfqanıstanda bəzi NATO müttəfiqlərindən daha çox əsgərinin olduğunu vurğulayaraq ölkəmizin ABŞ-ın etibarlı tərəfdaşı olduğunu vurğulayıb və buna görə də Azərbaycan dövlətinə təşəkkürünü ifadə edib.

ABŞ Dövlət Departamentinin antisemitizmə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Elan Kar Azərbaycanda heç zaman antisemitizmin olmadığını bildirərək Birləşmiş Ştatların Azərbaycan kimi dövlətlə tərəfdaşlığından qürur duyduğunu və ölkəmizin nəinki regionda, hətta bütün dünyada nümunə rolunu oynadığını vurğulayıb.

Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının həmsədri, ABŞ Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Peter Has da Azərbaycan tərəfinə öz təbriklərini çatdırıb.

Daha sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Kimberli Basset 2019-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub.

Tədbirdə qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edilib, eləcə də Azərbaycandan təşrif buyurmuş "Şur” musiqi qrupunun ifasında milli və dünya musiqi parçaları səsləndirilib.

AZƏRTAC



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM