13 Iyun 2019 01:41
716
SİYASƏT
A- A+

Beynəlxalq konfransda “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda məruzə dinlənilib


Polşanın Varşava Universitetində "İnsanlığa qarşı ağır cinayətlər: XX əsrdə Azərbaycan və Polşa xalqlarının tarixi əsasında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın Tarix İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, konfransın təşkilatçıları Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi və universitetin siyasi elmlər və beynəlxalq tədqiqatlar fakültəsidir. Tədbir Azərbaycanın Polşadakı səfirliyi, Tarix

İnstitutu və Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə reallaşıb.

Konfransın açılışında Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, həmin fakültənin Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya və başqaları çıxış ediblər. Səfir Həsən Həsənov çıxışında Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb.

Açılışda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda geniş məruzə ilə çıxış edib. O bildirib ki, erməni-daşnak quldurları Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı cinayəti törədiblər: "Sovet dönəmində soyqırımı cəlladları qəhrəman kimi təqdim edilib. Anastas Mikoyan "26-lar”ın tarixini saxtalaşdırıb. O bildirirdi ki, guya Hindistanın Milli Arxivində olub və Şaumyan Hindistana aparılmayıb. Amma biz sübut etdik ki, Mikoyan və oğlu Hindistanın Milli Arxivində olmayıb, onlar elmi ictimaiyyəti aldadıblar”.

Pyotr Taraxa Varşava Universiteti ilə Tarix İnstitutu arasında elmi əlaqələrin inkişafına görə Yaqub Mahmudova təşəkkür məktubu təqdim edib.

Beynəlxalq konfransda Tarix İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov "Azərbaycanlıların Ermənistan SSR ərazilərindən - tarixi torpaqlarından sürgün olunması insanlığa qarşı ağır cinayətdir” və elmi katib İradə Əliyeva "Şimal-Qərbi Azərbaycanda çar Rusiyasının zorakı dini siyasəti” mövzularında məruzələrlə çıxış ediblər. Bundan başqa, polyak alimlərinin "Xocalı soyqırımına dünyanın reaksiyası”, "Azərbaycan və Polşaya sovet hərbi müdaxiləsinin nəticələri” və digər mövzularda məruzələri dinlənilib.

Tarix İnstitutunun nümayəndə heyəti Polşaya səfər çərçivəsində Vrotslav Universitetində "Koroğlu” dastanının tərcüməçisi, tanınmış polyak şərqşünası Aleksandr Xodzkonun xatirə lövhəsini ziyarət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video