Alternative content

08:39 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarabağdakı təxribatlar Ermənistandakı xaosun nəticəsidir
Qarabağdakı təxribatlar Ermənistandakı xaosun nəticəsidir
ANA SƏHİFƏ / SİYASƏT
01:38 13.06.2019


Ermənistan hakimiyyətinin davranışları sələfi kimi məsuliyyətdən uzaq təhlükəli fəaliyyət sərgilədiyini göstərir. Hər halda işğalçı ölkənin baş naziri Nikol Paşinyanın və müdafiə naziri Tonoyanın cəbhədəki son olaylar barədə fərqli açıqlamalar verməsi də bunun təsdiqi sayıla bilər.

Qeyd edək ki, Nikol Paşinyan Sankt-Peterburqda forum zamanı cəbhə xəttindəki təxribatlara ölkə rəhbərliyinin hər hansı aidiyyətinin olmadığını bildirib. Lakin müdafiə naziri David Tonoyan Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verdiyini və bu əməliyyatı icra edən erməni hərbçilərə yüksək mükafat təqdim etdiyini söyləyib.

Bu isə kifayət qədər ciddi ziddiyyətləri meydana qoyur. Belə vəziyyət onu göstərir ki, ölkədə strukturlar arasında çəkişmələr getdikcə daha böyük vüsət alır. Belə təxribatların arxasında xarici düşmən obrazı yaratmaqla daxili problemlərdən cəmiyyətin fikirini yayındırmaq durur. Çünki Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir.


12 şəhərdə etiraz aksiyaları


Sosial-iqtisadi sahədə yaşanan problemlər siyasi müstəvidə keçmiş hərbi xunta ilə Nikol Paşinyan arasında münasibətlərin gərginləşməsi ilə xarakterizə edilməkdədir. Belə görünür ki, ölkədə yaşanan sosial-iqtisadi problemlərdən keçmiş hakimiyyət Paşinyana qarşı istifadə etməyə çalışır. Bu məqsədlə etiraz aksiyaları da təşkil olunur. Məsələn, bu günlərdə Nikol Paşinyanın əleyhdarları Yerevanda və ölkənin daha 12 şəhərində etiraz aksiyaları keçiriblər.

Aksiya təşkilatçılarından Artur Danielyan qeyd edib ki, aksiya "Yalanın doğulması” şüarı altında keçirilib. Danielyanın sözlərinə görə, Yerevanın 11 inzibati rayonunda və ölkənin 12 şəhərində keçirilən etirazlara xeyli adam qoşulub. Polis aksiyalarda iştirak edən 30 nəfəri saxlayıb: "Bu o deməkdir ki, Paşinyanın yalan iddiaları təkcə iqtisadiyyat, demoqrafiya, xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı deyil, həmçinin daxili siyasətə də aiddir. Hazırda onun reytinqini yalnız hüquq mühafizə orqanları və rayon administrasiyalarının əməkdaşları qoruya bilər”.


Xarici borc 7 milyard ABŞ dollarına çatıb


Paşinyanın əleyhdarları ölkədə hər sahədə vəziyyətin xeyli pisləşdiyini bildiriblər. Məsələn, qeyd olunur ki, 2019-cu ilin ilk rübündə Ermənistana yatırılan birbaşa xarici investisiya axını cəmi 7,6 milyon dollar təşkil edib və bu, çox kiçik rəqəmdir və keçən ilin analoji dövrü ilə müqayisədə dəfələrlə az olub. Belə ki, 2018-ci ilin ilk rübündə Ermənistana yatırılan birbaşa investisiyalar 83,6 milyon dollar təşkil edib. Yaranmış vəziyyət azsaylı investorların da Ermənistandan üz çevirdiyini göstərir.

Eyni zamanda ölkənin borcu da durmadan artır. Ermənistan maliyyə naziri Atom Cancuqazyan qeyd edir ki, artıq 2018-ci ilin sonunda Ermənistanın dövlət borcu 6,923 milyard dollara çatıb. Onun sözlərinə görə, ümumi dövlət borcunun 6,373 milyard dolları faktiki olaraq hökumətin, 550 milyon dolları Mərkəzi Bankın payına düşüb. Hökumətin borcunun 1,39 milyard dolları daxildən alınıb. Dövlət borcunun ümumdaxili məhsula nisbəti dəyişərək 51,4 faizini təşkil edib.

Bütün bunlar Koçaryan-Sarkisyan koalisiyası tərəfindən Paşinyana qarşı fəal şəkildə istifadə olunur. Erməni politoloq Yervand Bozoyan Yerevanla keçmiş hakimiyyət təmsilçiləri arasında vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırır. Bildirir ki, Yerevanla separatçılar arasında gərgin münasibətlər Qarabağdakı "seçkilərlə” bağlıdır: "Paşinyan hakimiyyətə gəldikdən sonra parlamentdə üstünlüyü ələ keçirdi. O, indi çalışır ki, məhkəmə hakimiyyətinə də nəzarəti əlinə alsın. Hazırda Paşinyan üçün Qarabağdakı hakimiyyətdə ona tərəfdaş olmayan şəxsin oturması qəbuledilməzdir. Maraqlı məqam odur ki, Qarabağda bir-biri ilə mübarizə aparan qüvvələr Paşinyanla əlaqələrə sahib deyillər. Bəziləri Paşinyanın Qarabağdakı adamının Araik Arutyunyan olduğunu deyirlər, lakin onun oradakı reytinqi çox aşağıdır. Birbaşa tərəfdaşı olmadan Paşinyan meydanı özü üçün təmizləməyə cəhd edir, yəni Arutyunyanın potensial rəqiblərini hədəfə götürür”.


Keçmiş hərbi xuntaya "beşinci kolon” yardımı


Terrorçu fəaliyyəti ilə tanınan "Sasna Tsrer” Partiyasının rəhbəri Jirayr Səfilyan bildirib ki, Paşinyan keçmiş hakimiyyətdən və Rusiya faktorundan çəkinməyərək qəti şəkildə Qarabağda istəyinə nail olmalıdır. O vurğulayır ki, keçmiş hərbi xuntaya "beşinci kolon” da yardım edir: "Ermənistanda olan "beşinci kolon”a Rusiyadakı qüvvələr rəhbərlik edir. İndi bu "beşinci kolon” Qarabağda yerləşdirilib. Biz son aylar ərzində fərqli komissarların, emissarların yerlərdə lazımi fəaliyyətin yoxlanılması məqsədiylə gəldiyinə şahid oluruq. Onların missiyaları uğursuzluğa düçar olub. Qarabağın abxaziyalaşdırılması ilə bağlı bütün cəhdlər uğursuzluqla nəticələndi”.

Nikol Paşinyanı tərifləyən Səfilyan məhz onun sayəsində Karen Karapetyanın hakimiyyətə gətirilmək planının fiaskoya məruz qaldığını deyib. O, "beşinci kolon”un Ermənistanda hakimiyyətin xalq nümayəndəsinə keçməsindən qorxduğunu bildirib: "Beşinci kolon” çalışır ki, hakimiyyət uğursuzluğa düçar olsun. Onlar Nikol Paşinyandan qorxmurlar. Onlar dəyişikliyin xalqın öz iradəsini ifadə etməsi nəticəsində meydana gəlməsindən və bu rəhbərin uğur qazanacağı təqdirdə, inqilabın davam etməsindən qorxurlar. Onların qarşısındakı hədəf bunu neytrallaşdırmaqdır. "Beşinci kolon”un qısamüddətli hədəfi Ermənistan və Qarabağda idarəolunan xaos yaratmaqdır. Belə durumda Paşinyan mümkün qədər Qarabağa müdaxilə etməli və burada Sarkisyan rejiminin qalıqlarını təmizləməlidir”.


Qütbləşmə dərinləşir


Artıq erməni cəmiyyətində qütbləşmə dərinləşir. Bu prosesin əsas təkanverici faktoru regionçuluqdur. Yəni Koçaryan-Sarkisyan koalisiyası ilə yeni erməni iqtidarı arasında ziddiyyət daha da dərinləşir. Belə durum bütövlükdə ölkədə yeni-yeni ziddiyyətlərə və parçalanmalara yol açır.

Erməni politoloq Manvel Sarkisyan bununla bağlı deyib: "Bizdə yeni ziddiyyətlər fonunda alternativ fikirlərə belə düşməncəsinə yanaşılır. Ermənistanda hüquq və məsuliyyət haqqında ifrat yayğın təsəvvürlər mövcuddur. Biz o dərəcədə hər şeyə şübhə etməyə və dəyərsizləşdirməyə vərdiş etmişik ki, istənilən sağlam düşüncə xəncər-bıçaqla qarşılanır və şübhə altına alınır. Bu durum erməni cəmiyyətini sürətlə parçalayır”.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM