Alternative content

02:32 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:15 12.06.2019

İyunun 12-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

AZƏRTAC YAP-ın saytına istinadla xəbər verir ki, iclasda partiyanın Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları, eləcə də partiyanın İcra Katibliyi və rayon təşkilatlarının aparatında çalışan məsul işçilərin attestasiyaları barədə məlumat dinlənilib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının gəncləri cəmiyyətin fəal təbəqəsi kimi özlərini təsdiqləyiblər. Partiya sıralarında birləşmiş gənclərimiz yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirirlər. YAP gənclərinin xarakterini vurğulayarkən vətənpərvərlik, fəallıq, ictimai-siyasi proseslərdə iştirakçılıq xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır.

Diqqətə çatdırılıb ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artması sevindirici haldır. Partiyanın sıralarında gənclərin sayının artması isə özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər.

İclasda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları yüksək səviyyədə təşkil edilib. Konfransların ümumi mənzərəsi bir daha təsdiq edir ki, gənclər Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursu və bu gün dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı olaraq dəstəkləyirlər, bu işdə öz bilik və bacarıqlarını töhfə etməyə hər an hazırdırlar.

İdarə Heyətinin iclasında YAP-ın İcra Katibliyi, o cümlədən partiyanın rayon və şəhər təşkilatlarının aparat işçilərinin attestasiyasının nəticələri yüksək qiymətləndirilib.

İclasda, həmçinin bir sıra cari məsələlər müzakirə olunub və müvafiq qərar qəbul edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM