Alternative content

02:28 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin təməli qoyulub
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin təməli qoyulub
ANA SƏHİFƏ / SİYASƏT
22:23 12.06.2019

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasında gənclərə qayğı əsas məsələlər sırasındadır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sağlam gənc nəslin yetişdirilməsi ilə yanaşı, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 12-də - Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni "Gənclər Yaşayış Kompleksi”nin təməlatması olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir”, fikrini xatırladaraq deyib: Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclərimiz sabitlik şəraitində yaşayır, hərtərəfli təhsil alırlar. Muxtar respublikada da gənclər qayğı ilə əhatə olunub. Görülən işlərin davamı olaraq bu gün Naxçıvan şəhərində üçüncü gənclər şəhərciyi yaşayış kompleksinin təməli qoyulur. Gənclər üçün yeni yaşayış komplekslərinin tikilməsi həm onların mənzil problemlərinin həllinə, həm də ailələrin uzunömürlü olmasına xidmət edir. Çünki mənzil hər bir ailənin həyatında mühüm yer tutur. Bu gün muxtar respublikamızda 456 mindən artıq əhali yaşayır ki, onların da 140 mini və yaxud 30 faizdən çoxu gənclərdir. Ona görə də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

Ali Məclisin Sədri deyib: 14-29 yaş arasındakı gənclərimizin təhsil alması və peşə öyrənməsi, mənzil şəraitlərinin yaxşılaşdırılması ölkəmizin gələcəyinə xidmət edən məsələdir. Dövlətin dəstəyi ilə Naxçıvan şəhərində yeni yaşayış kompleksinin salınmasında məqsəd də ondan ibarətdir ki, gənclərin mənzil problemi həll edilsin, onlar rahat yaşasınlar. Yaşayış kompleksinin tikilməsi həm də burada yeni iş yerlərinin açılması deməkdir. "Gənclər Yaşayış Kompleksi”nin tikilməsinə həm dövlət, həm də sahibkar tərəfindən vəsait sərf olunur. Ona görə də tikinti işləri keyfiyyətlə aparılmalı, gənclərimiz müasir mənzillərlə təmin olunmalıdırlar.

Ali Məclisin Sədri mənzillərin keyfiyyətlə tikilib başa çatdırılacağına əminliyini bildirib, inşaatçılara uğurlar arzulayıb.

"Cahan Holdinq” Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov "Gənclər Yaşayış Kompleksinin” layihəsi üzrə görüləcək işlər barədə Ali Məclisin Sədrinə məlumat verib. Bildirilib ki, ərazidə ikisi 7, ikisi 5 mərtəbəli olmaqla 4 yaşayış binası inşa olunacaqdır. Yeddimərtəbəli yaşayış binalarından biri 26, digəri 28, beşmərtəbəli yaşayış binalarının isə hər biri 40 mənzillidir. Ümumilikdə, 4 yaşayış binasında 134 mənzil istifadəyə veriləcəkdir. Binaların zirzəmisində xidmət sahələri yaradılacaq, həyətdə istirahət parkı istifadəyə veriləcəkdir.

Ali Məclisin Sədri kompleksdə gənclərin, eləcə də ailələrin tələbatına uyğun xidmət sahələrinin yaradılması, mənzillərin ipoteka yolu ilə satışa çıxarılması və gənclərin məlumatlandırılması barədə tapşırıqlar verib.

Sonra Ali Məclisin Sədri beton qarışığı bünövrəyə töküb, yaşayış kompleksinin təməli qoyulub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM