Alternative content

22:19 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kardioloqlar ürək xəstəlikləri zamanı ərik yeməyi məsləhət görürlər
Kardioloqlar ürək xəstəlikləri zamanı ərik yeməyi məsləhət görürlər
ANA SƏHİFƏ / Səhiyyə
22:16 12.06.2019

Əriyin əsas faydası meyvənin tərkibində xeyli miqdarda kalium olmasıdır ki, bu da damarların fəaliyyətinin yaxşılaşmasında və qan təzyiqinin normallaşdırılmasında əhəmiyyətli rol oynayır.

AZƏRTAC "MedikForum”a istinadla xəbər verir ki, kardioloqlar ürək xəstəliklərindən əziyyət çəkən hər kəsə ərik yeməyi məsləhət görürlər. Ərik ürək-damar sistemini tonusda saxlayan və orqanizmi çoxsaylı xəstəliklərdən qoruyan kaliumla zənginliyinə görə meyvələr arasında "çempion”dur.

Həkimlər bildirirlər ki, əriyin tərkibində böyük miqdarda kalium duzları olduğu üçün, o, aritmiya zamanı müalicəvi effekt göstərir, həmçinin sidikqovucu xassəyə malikdir. Bu, hipertoniya və şişkinlik, o cümlədən böyrəklərlə bağlı xəstəliklər zamanı çox faydalıdır.

Ekspertlərin sözlərinə görə, kalium damarların vəziyyətini yaxşılaşdırır, orqanizmdən toksinlərin, o cümlədən zərərli xolesterinin çıxarılması prosesini fəallaşdırır. Bununla belə, ərik qurusunun (kuraqa) tərkibində kalium təzə meyvəyə nisbətən 5-6 dəfə çoxdur. Ərik qurusu pis qan dövranı, miasteniya, ürək ritminin pozulması zamanı əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir.

Əriyin daha bir dəyərli xassəsi onun lətində betakarotinin yüksək miqdarda olmasıdır. Tədqiqatlar göstərir ki, betakarotin təkcə ürək xəstəliklərinin deyil, həm də xərçəngin inkişafına effektli şəkildə maneə yaradır. Bundan başqa, əriyin tərkibində yüksək qatılıqlı flavonoidlər və C vitamini olduğuna görə o, distoniyadan əziyyət çəkən və bədənində qançırlar əmələ gəlməsinə meyilli olan xəstələr üçün də faydalıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM