Alternative content

08:40 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ədəbiyyat İnstitutunda “Böyük publisistika ənənələrinin müasir təqdimatı” mövzusunda elmi sessiya keçirilib
Ədəbiyyat İnstitutunda “Böyük publisistika ənənələrinin müasir təqdimatı” mövzusunda elmi sessiya keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
22:04 12.06.2019

İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş "Böyük publisistika ənənələrinin müasir təqdimatı” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq "Azərbaycan” qəzetinin 100 ildə keçdiyi şərəfli inkişaf yolundan danışıb. Akademik təqdimatı keçirilən "100 yaşlı "Azərbaycan” kitabında "Azərbaycan” qəzetinin tarixindən, uğurlarından, hətta problemlərindən bəhs edildiyini diqqətə çatdırıb. O, qəzeti mətbuatımızın etibarlı mənbəyi, zəngin qaynağı kimi səciyyələndirib. Vurğulayıb ki, "Azərbaycan” qəzeti rəsmi dövlət orqanı olaraq həm bütün xalqı, həm də müxtəlif baxışlı ziyalıları öz ətrafına toplaya bilib. Mətbuat tarixində məktəb yaratmış bu qəzetin Ceyhun Hacıbəyli, Xəlil İbrahim kimi baş redaktorları olub. Bu gün də həmin ənənələr davam etdirilir.

Akademik bildirib ki, "Azərbaycan” qəzeti ümummilli lider Heydər Əliyevin də sevdiyi, inandığı, etibar etdiyi qəzet olub. Həmçinin ölkə başçısı İlham Əliyev qəzetin yubileyinin keçirilməsi üçün geniş imkanlar yaradıb.

Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Azərbaycanda rəsmi dövlət mətbuat nümunəsi: ənənə və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində "Azərbaycan” qəzetini nəşrə başladığı dövrdən istiqlal yolunda bir ordu qədər xidmət göstərən mətbuat orqanı olaraq təqdir edib. Eyni zamanda, məruzədə qəzetin keçdiyi inkişaf yolu, redaktorları və digər əməkdaşları barədə ətraflı məlumat verib.

Akademik Nizami Cəfərov qəzetin digər üstünlükləri ilə yanaşı, Azərbaycan ədəbi dilinin normalarının qorunmasında xüsusi seçildiyini nəzərə çatdırıb.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev səhifələrində Ədəbiyyat İnstitutunun əməkdaşlarına da yer verdiyi üçün qəzetin kollektivinə təşəkkürünü bildirib.

İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov qəzetin tarixinə nəzər salaraq qeyd edib ki, "Əkinçi” qəzeti ilk mətbuat nümunəsi olduğu kimi, "Azərbaycan” qəzeti də ilk rəsmi dövlət qəzeti olmuşdur. O, əvvəl Gəncədə, sonra Bakıda nəşr olunan qəzetin Cümhuriyyətin süqutundan sonra həbs taleyi yaşamağa məhkum edildiyini bildirib.

Filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyev "Azərbaycan”ın bayramı Azərbaycan ədəbiyyatında bayramdır” mövzusunda məruzəsində təqdimatı keçirilən kitab haqqında hərtərəfli məlumat verib, qəzetin müxtəlif tarixi mərhələlərdə sınaqlardan çıxdığını mübarizlik nümunəsi kimi örnək göstərib.

Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında hörmətli alimlərə, elm adamlarına təşəkkürünü bildirib. Qeyd edib ki, "Azərbaycan-90” kitabında yalnız Cümhuriyyət dövrü əhatə olunubsa, bu kitabda qəzetin bütün fəaliyyətinə işıq salınıb.

Sonda Nizami Gəncəvinin "Leyli və Məcnun” əsərinin Ədəbiyyat İnstitutu tərəfindən çap edilmiş nadir nüsxəsi "Azərbaycan” qəzetinə hədiyyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM