Alternative content

16:17 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ebola qızdırması Uqandaya qayıtdı
Ebola qızdırması Uqandaya qayıtdı
ANA SƏHİFƏ / DÜNYA
16:48 12.06.2019


Uqandada uzun fasilədən sonra Ebola qızdırmasına yoluxma faktı qeydə alınmışdır. Xəstələnmiş beş yaşlı uşaq ölkəyə ailəsi ilə birlikdə qonşu Konqo Demokratik Respublikasından gəlmişdir. Yerli xəstəxanada müayinə zamanı uşaqda təhlükəli virus aşkar edilmişdir. Faktla bağlı səhiyyə naziri Ceyn Rut Asenq rəsmi bəyanatla çıxış etmişdir. Hadisəni Dünya Səhiyyə Təşkilatı da təsdiqləmişdir. Uşaq və onun ailə üzvləri dərhal xəstəxanada təcrid edilmişlər.

Xatırladaq ki, ötən ilin avqust ayından bəri Konqo Demokratik Respublikasının şərqində ölümcül xəstəliyin epidemiyası müşahidə olunur. İndiyədək hökumət 2 mindən çox yoluxma halını təsdiqləmişdir. Ebolaya yoluxmuş xəstələrin üçdə ikisi dünyasını dəyişmişdir.

Uqanda Afrika miqyasında yüksək tibbi yardım səviyyəsinə malik olmasına baxmayaraq, bir neçə ildir Marburq və Ebola qızdırmalarının baş qaldırmasından əziyyət çəkir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM