12 Iyun 2019 16:21
527
SİYASƏT
A- A+

Zakir Həsənov: Üç qonşu dövlətin müdafiə sahəsində əməkdaşlığı inkişaf edir


Azərbaycan, Türkiyə və Gürcüstanın digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əməkdaşlığı inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən brifinqdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Zakir Həsənov bildirib ki, görüşdə 3 qonşu, dost dövlətin Müdafiə nazirlərinin iş planına daxil olan məsələlər müzakirə edilib.

Nazir qeyd edib ki, hər üç ölkənin Müdafiə naziri Türkiyənin separatizmlə mübarizəsini dəstəklədiyini bildiriblər: "Görüşdə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində görülən işlər müzakirə olundu. Xüsusilə qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Misal üçün, 2018-ci ildə Türkiyə və Azərbaycan arasında 7 təlim icra olunub. Bu il isə 13 təlim keçiriləcək. Azərbaycan və Türkiyənin təşkil etdiyi təlimlərə Gürcüstan da dəvət olunub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video