Alternative content

19:11 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb
Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:44 12.06.2019

İyunun 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxudu və çıxış etdi.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və tədbir iştirakçılarını salamlayan Novruz Məmmədov dedi: "Bugünkü tədbirdə siz - gömrük orqanlarının, sərhəd idarəçiliyi üzrə qurumların, işgüzar dairələrin nümayəndələri birlikdə gömrük işinin müxtəlif mövzularına həsr olunan aktual strateji yanaşmalarla bağlı müzakirələr aparacaqsınız. Konfransda sərhəd idarəçiliyinin, beynəlxalq ticarətin təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsi kimi vacib məsələlər müzakirə olunacaq”.

Baş Nazir qeyd etdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir. Belə ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin ölkəmizin paytaxtında yerləşməsi, eləcə də Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədr müavini vəzifəsinə seçilməsi əməkdaşlığımızın yüksək səviyyəsini göstərir.

"Ümumdünya Gömrük Təşkilatının bu mötəbər tədbirinin Bakı şəhərində keçirilməsi təqdirəlayiq haldır. Bakı son illər mədəniyyətlər, sivilizasiyalararası dialoq, idman, enerji, nəqliyyat və digər sahələrdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu konfransın da Bakıda keçirilməsi ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsi sahəsində qazandığı etimadın göstəricisidir”, - deyə Novruz Məmmədov bildirdi.

Baş Nazir dedi ki, Azərbaycan əlverişli coğrafi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin və informasiya magistrallarının kəsişdiyi məkanda yerləşir. Son illər respublikamız bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, regionda və ölkə daxilində irimiqyaslı infrastruktur layihələri həyata keçirir. 2008-ci ildən etibarən Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı işlərə başlanılıb. Artıq Azərbaycan müxtəlif təyinatlı 3 peykini orbitə çıxarıb və dünyanın kosmik ölkələr klubunun üzvüdür. 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən diqqətin əyani təsdiqidir.

"Dövlət orqanlarında, o cümlədən gömrük sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə idarəçiliyin təkmilləşdirilməsi Azərbaycan üçün əsas vəzifələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları və islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilib, elektron hökumətin, rəqəmsal iqtisadiyyatın, elektron kommersiya və data-mərkəzlərinin, texnoloji parkların, biznes inkubatorların yaradılması, informasiya təhlükəsizliyinin təmini istiqamətində mühüm addımlar atılıb. Hörmətli qonaqlar, sizi Azərbaycanda bir daha salamlayır, konfrans və sərginin işinə uğurlar arzulayıram”, - deyə Novruz Məmmədov vurğuladı.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirin vacibliyini diqqətə çatdıraraq dedi ki, elektron xidmətlər sırasında elektron gömrük Azərbaycanda ön sıralardadır. Bu istiqamətdə ciddi islahatlar aparılıb, şəffaflığın təmin edilməsi baxımından vacib işlər görülüb. Sahibkar-məmur təmaslarının minimuma endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi baxımından da Gömrük Komitəsi mühüm nailiyyətlər əldə edib.

S.Mehdiyevin bildirdi ki, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi bu təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin informasiya texnologiyaları barədə fikir mübadiləsi aparması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və gömrük xidmətlərinin təcrübələrinin bölüşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin Baş direktoru Taeil Kang və ÜGT-nin Baş katibi Kunio Mikuriyanın çıxışları dinlənilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ev sahibliyi, Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı və Koreya Gömrük Xidmətinin dəstəyi ilə keçirilən tədbirə 91 ölkənin gömrük və sərhəd xidməti orqanlarının, informasiya texnologiyaları sektorunun, biznes, hökumət və ticarət təşkilatlarının, eləcə də elmi dairələrin 500-dək nümayəndəsi qatılıb.

ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi iyunun 14-dək davam edəcək. Konfrans çərçivəsində keçiriləcək plenar sessiyalarda texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin "yaşıl nəqliyyat” və logistikasına sərhəd idarəçiliyinin münasibəti, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər, gələcəyə yönəlmiş nəqliyyat sahəsi mövzuları müzakirə olunacaq.

Qeyd edək ki, İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi ÜGT-nin ən mötəbər tədbirlərindən biri hesab olunur və bu tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlar hesabına Azərbaycan gömrüyünün bütün sahələrdə, xüsusilə informasiya texnologiyalarının tətbiqi istiqamətində əldə etdiyi uğurların nəticəsidir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM