Alternative content

15:24 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gömrük Komitəsi “IMB”lə blokçeyn texnologiyasının tətbiqinə dair müqavilə imzalayacaq
Gömrük Komitəsi “IMB”lə blokçeyn texnologiyasının tətbiqinə dair müqavilə imzalayacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:35 12.06.2019

İyunun 13-də Dövlət Gömrük Komitəsi (DGK) "IMB” şirkəti ilə blokçeyn texnologiyasının tətbiqinə dair əməkdaşlıq müqaviləsi imzalayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mətbuat konfransında deyib.

O bildirib ki, blokçeyn texnologiyası məlumatların birgə istifadə edilməsi, heç bir müdaxilə və sorğu olmadan sistemdən məlumatların kəsilməsi və istifadə olunmasıdır. İxrac və idxal əməliyyatlarında gömrük sisteminə blokçeyn texnologiyasının gətirilməsi sürətli və təhlükəsiz ticarətin qanunvericiliyə uyğun tətbiqini həyata keçirmək üçün ən uğurlu vasitədir. Avropadan və dünyanın istənilən ölkəsindən Azərbaycana yönəldilən hər hansı bir konteyner daşımacılığının məlumatını blokçeyn texnologiyasından istifadə edərək öz bazamız inteqrasiya etdirəcəyik. Yükün hazırda harada olması, ölkəyə istiqamətləndirilən yükün həcmi, hansı şirkətə aid olması və bu kimi ilkin məlumatları heç kəsə müraciət etmədən əldə etmək mümkün olacaq.

S.Mehdiyev qeyd edib ki, Dövlət Gömrük Komitəsinin daxilində blokçeyn texnologiyasının sistemi artıq yaradılıb. Bəzi məlumatları dövlət qurumları onlayn şəkildə görə və istifadə edə bilir. İlkin olaraq "IMB” şirkəti ilə əməkdaşlıq müqaviləsi iyunun 13-də imzalanacaq. Bu il üçün blokçeyn texnologiyasını konteyner daşımacılğında məlumatların gömrük bazasına inteqrasiyasını planlayırıq. Blokçeyn texnologiyası ilə bağlı GUAM dövlətləri ilə yeni layihə başlanılıb. Layihəni Ukrayna ilə Azərbaycan birgə həyata keçirir. Gürcüstan və Moldova da bu layihəyə dəstək verir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM