Alternative content

18:31 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda III Milli Mühasiblər Forumu keçirilir
Bakıda III Milli Mühasiblər Forumu keçirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
10:42 12.06.2019

İyunun 12-də Bakıda III Milli Mühasiblər Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ənənəvi keçirilən mühasiblər forumunun əhəmiyyətindən danışıb. Bildirib ki, forumun məqsədi Azərbaycanda mühasibat uçotunun inkişafı, mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili, bu sferada islahatların dərinləşməsinə yönəlmiş təkliflərin toplanması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır.

Forumda "Mühasibat uçotu sahəsində müasir çağırışlar: milli yanaşmalar və beynəlxalq standartlar paradiqması”, "İrəliyə addım: rəqəmsal mühasibat uçotu və Azərbaycan reallığında auditin təşkili problemləri” və "Qanunvericilikdə edilmiş dəyişikliklərin MÜHASİBAT uçotuna təsirləri” mövzularında məruzələr dinləniləcək.

Tədbirdə Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli şəxsləri, o cümlədən 200-ə yaxın müxtəlif yerli və xarici şirkətin maliyyə menecerləri, baş mühasibləri və mühasibləri iştirak edirlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM