Alternative content

15:29 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarixin ən qüdrətli Azərbaycanı Qurtuluşun real nəticəsidir
Tarixin ən qüdrətli Azərbaycanı Qurtuluşun real nəticəsidir
ANA SƏHİFƏ / SİYASƏT
01:55 12.06.2019


26 il öncə başlanan inkişaf və islahat missiyası son bir ildə yeni keyfiyyət mərhələsinə qədəm qoyub


Milli dövlətçilik tariximizdə Qurtuluş Günü olduqca əlahiddə əhəmiyyət daşıyır. 26 il öncə gerçəkləşən bu tarixi məqam xaosdan tərəqqiyə keçidin təməlini təşkil etməklə yanaşı, mövcudluğunun ən qüdrətli dövrünü yaşayan Azərbaycanın bütün nailiyyətlərinin də zəminidir.

1993-cü ilin 15 iyunu xalqımızın "olum, ya ölüm” dilemması qarşısında müdrik seçim etdiyi, özünə və dövlətinə düzgün yol müəyyənləşdirdiyi andır. Dövlətçilik salnaməmizdə belə tarixi səciyyə daşıyan günlərin sayı az olduğundan 15 iyuna vətəndaşlarımızın bu qədər həssas və ehtiramla yanaşması da təbiidir.

Bu gün Azərbaycan dünyada yeni iqtisadi, energetik, tranzit güc mərkəzlərindən biri olaraq qəbul edilir, beynəlxalq miqyasda davamlı inkişafa malik olan etibarlı strateji tərəfdaş kimi tanınır, bütün platformalarda Cənubi Qafqazın şəriksiz lideri kimi etiraf olunur. Əslində uğurların sayı, miqyası çox genişdir və onların silsiləsi hər bir vətəndaşımızın hər gün daha da artan gündəlik rifahından dövlətimizin ardıcıl möhkəmlənən qüdrətinədək davam edir.

Bütün bu zəfərlərin, inkişaf və yüksəliş göstəricilərinin mənbəyi də, əlbəttə ki, ulu öndər Heydər Əliyevin Qurtuluş missiyasıdır!

Qurtuluş Azərbaycanda bütün sahələrdə inqilabi dəyişikliklərin əsasını qoydu və onların müsbət nəticələrini illərdir ki, böyük qürurla müşahidə edirik. İnkişaf, rifah, yüksəliş, quruculuq genişmiqyaslıdır, əhatəlidir. İqtisadiyyatdan sosial həyata, hüquqi dövlət quruculuğundan demokratikləşməyə, mədəniyyətdən idmana qədər hər bir istiqamətdə ümummilli lider Heydər Əliyevin şanlı izləri, təsirləri bu gün də aydın görünür.

Ulu öndərin Qurtuluş missiyasının əsas qayələrindən birini də hüquqi dövlət quruculuğu təşkil edirdi. Ən modern tələbləri, hüquqları, standartları ehtiva edən Konstitusiyanın qəbulundan başlayaraq məhkəmə-hüquq, prokurorluq və digər yönümlərdə mükəmməl islahatlar həyata keçirildi və ölkədə möhkəm, mükəmməl hüquqi qanunvericilik bazası formalaşdırıldı.

Bu gün güclü, qüdrətli Azərbaycan dövlətçiliyinin bazisini təşkil edən əsas təməllərdən biri də, şübhəsiz, ulu öndər Heydər Əliyevin müəllifi olduğu hüquqi islahatlardır. Təqdirəlayiq haldır ki, ümummilli liderin layiqli siyasi davamçısı Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, hüquq sistemində də bu şərəfli irsi davam etdirdi və onu müasir dövrün tələblərinə uyğun olaraq ardıcıl şəkildə təkmilləşdirdi.

Prezident İlham Əliyevin hüquqi islahatlar konsepsiyası fundamental əsaslara malikdir, ən mühümü isə daha səmərəli, çevik, ədalətli, şəffaf fəaliyyət mexanizmini formalaşdırmaq iqtidarındadır. Qeyd edək ki, bu sahədə islahatlar son illərdə, xüsusən də ötən bir ildə daha dinamik hal almış və artıq real nəticələr verməyə başlamışdır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin yeni səlahiyyət müddətinin birinci ili mühüm siyasi-ictimai və sosial-iqtisadi nailiyyətlərlə əlamətdardır. Bu dövrün reallıqları onu deməyə əsas verir ki, Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub. İlham Əliyevin bir il öncə andiçmə mərasimində toxunduğu məsələlərin, elan etdiyi hədəflərin sürətlə gerçəkləşməsi ölkədə keyfiyyətcə yeni islahatlar mərhələsinin başlanmasını təsdiqləyir.

Bu dövrün xüsusilə diqqəti çəkən məqamlarından biri 2019-cu ilin əvvəllərindən yeni mərhələsinə start verilən islahatlar konsepsiyasıdır.

İdarəetmədə çevikliyi artırmaq məqsədilə başlanan struktur islahatları daha sonra sosial sferanı əhatə etdi. 3 milyon vətəndaşın rifahında əhəmiyyətli dərəcədə hiss olunan sosial islahatlar çərçivəsində təqaüdlər, əməkhaqları, müavinətlər 40 faizdən 3 dəfəyədək artım dinamikasına uyğunlaşdırıldı, həmçinin çoxmənzilli binalarda vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması ilə bağlı uzun illərdir mövcud olan çətinliklər, ən əsası isə 800 min insanın problemli kreditlər məsələsi öz hüquqi həllini tapdı.

Martın 19-da Novruz bayramı münasibətilə təşkil olunan şənliklərdə iştirak edən Prezident İlham Əliyev islahatların alternativinin olmadığını və digər sahələrdə də bu işləri həyata keçirmək üçün sənədlər paketinin hazırlandığını bildirdi: "İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.

Cənab Prezidentin qeyd etdiyi məsələlərin nəticəsi olaraq aprel ayının əvvəllərindən ölkədə həyata keçirilən islahatlara biri də əlavə edildi. "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanla bu dəfə islahatlar məhkəmə-hüquq sistemini əhatə edəcək.

Öncə onu qeyd edim ki, müstəqillik illərində respublikamızda bir neçə mərhələdə hüquqi islahatlar keçirilib. Bu dövrdə hüquqi islahatların vacibliyi ilk dəfə 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda öz əksini tapmışdı. 17-ci maddədə göstərilirdi ki, Azərbaycan Respublikası xalqın birliyini qorumalı, ayrıca şəxsin, ailənin, ictimai birliklərin və digər kollektivlərin mənafeyinə uyğun surətdə qanundan irəli gələn hüquqları və azadlıqları müəyyən edərək və bunlara hörmət göstərilməsini təmin edərək hüquq qaydası yaratmalıdır. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan iqtidarlar ölkədə hüquq sisteminin yenilənməsi, yeni dövrün tələblərinə uyğun qaydaların formalaşdırılması istiqamətində heç bir iş görmədi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqilliyimizin qorunub saxlanılması, ölkədə hüquqi dövlət quruculuğunun həyata keçirilməsi təmin olundu. Bu sırada ulu öndərin xalqımızın qarşısında ən böyük xidmətlərindən biri hüquqi islahatların keçirilməsi oldu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi gələcək hüquqi islahatlara yol açdı. Beləliklə, ümummilli lider Heydər Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə ölkəmizin məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması təmin edildi. İslahatlar bütün hüquq sisteminin - ədliyyə orqanlarının, məhkəmələrin və prokurorluğun fəaliyyətinin yeni tələblər səviyyəsində qurulmasına yol açmaqla bu sahələrdə şəffaflığı, demokratiyanın mühüm göstəricisi olan insan hüquq və azadlıqlarının etibarlı şəkildə müdafiəsini, vətəndaşlara xidmətin ən müasir standartlara uyğunlaşdırılmasını təmin etdi.

Son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız daha da inkişaf edib. Təbii ki, bu inkişafa uyğun olaraq dövlətin hüquq sistemi də yenilənib, öz fəaliyyətini yeni hüquqi münasibətlərə uyğun olaraq təkmilləşdirib. Bu illərdə ədliyyə sisteminin inkişafı və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilib, bu məqsədlə müasir infrastruktur yaradılıb. Eyni zamanda, yeni nəsil hakim korpusu formalaşdırılıb. Bütün bunlar ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, keyfiyyətli xidmətlərin göstərilməsinə öz müsbət təsirini göstərib.

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanda deyilir: "Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir”. Bu baxımdan fərmana əsasən müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi yeni islahatlarda prioritet istiqamətlər olacaq. Bununla yanaşı, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməsi və digər məsələlərin həlli diqqət mərkəzində olacaq.

Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycanın bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiya və qanunlarda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etmələri tövsiyə olunur.

Sənəddə digər mühüm məsələlər də öz əksini tapıb. Belə ki, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmləri təkmilləşdiriləcək və belə müdaxiləyə görə məsuliyyət artırılacaq. Məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısı aparılacaq, protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinə əməl ediləcək. Hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında da şəffaflıq artırılacaq, bu sahədə tətbiq edilən meyarlar təkmilləşdiriləcək, eləcə də məhkəmələrdə işlər təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürüləcək.

Həmçinin məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrası təmin ediləcək, "Elektron icra” informasiya sisteminin tətbiqi genişləndiriləcək, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görüləcək. Məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrəniləcək. Ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlər yekunlaşdırılacaq, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirləri həyata keçiriləcək.

Göründüyü kimi, məhkəmə-hüquq islahatlarında yeni keyfiyyət mərhələsi başlayır. Bunun nəticəsində respublikamızın məhkəmə-hüquq sisteminin bütün sahələrində fəaliyyət ən müasir tələblərə uyğun olaraq daha da təkmilləşəcək. Nəticə etibarilə bütün bunlar Azərbaycanın daha da inkişaf etməsinə, modernləşməsinə və vətəndaş məmnunluğuna xidmət edəcək. Bütün bu nailiyyətlər isə məhz 26 il öncə başlamış Qurtuluş misssiyasının real nəticələridir.

Günel HƏMİDLİ,

hüquq üzrə fəlsəfə doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM