Alternative content

07:34 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qurtuluşun milli inkişaf yolu
Qurtuluşun milli inkişaf yolu
ANA SƏHİFƏ / SİYASƏT
01:53 12.06.2019


Hər bir dövlətin taleyində mühüm əhəmiyyət daşıyan elə tarixi günlər var ki, onun gələcək həyatının təməli məhz həmin günlərdə qoyulur. Taleyüklü tarixi hadisələrlə əlamətdar olan belə anlardan biri də ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışıdır.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun - əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən alnıaçıq çıxdığı gündür.


Sabitlik və inkişaf illəri


Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. Bu tarixdə başlıca qayəsini azərbaycançılıq, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf dövrü oldu. Ölkədə nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanda yeni idarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı qaytarıldı.

İctimai-siyasi, sosial-iqtisadi, humanitar sferada, beynəlxalq münasibətlərdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı. İlk parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul edildi. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşuna başlanıldı.

Bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da institusional islahatlar həyata keçirildi, azad bazar iqtisadiyyatının formalaşması məqsədilə hüquqi baza yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi. Həyata keçirilən irimiqyaslı islahatlar sayəsində iqtisadi hədəflər və onlara nail olunması yolları müəyyənləşdirildi, maliyyə vəziyyəti sabitləşdi, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına başlandı, xalqın həyat səviyyəsi yüksəldi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, dünya birliyinə özünü təqdim edən ölkəmiz bir neçə beynəlxalq təşkilata üzv oldu.


70-dən çox qanun, 100-dən artıq fərman və sərəncam, 30-a yaxın dövlət proqramı


Heydər Əliyevin həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı.

Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəstxəti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi.

Heydər Əliyevin ölkə iqtisadiyyatının dirçəlməsi istiqamətində atdığı addımlar təqdirəlayiq idi. Çünki qəbul olunan iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı.

Məhz dahi liderin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi. 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i ümummilli liderin təşəbbüsü ilə Milli Məclisə təqdim olundu.

Ulu öndərin sosial-iqtisadi strategiyası 1995-ci ildən Azərbaycanda keyfiyyətcə yeni mərhələnin başlanması ilə nəticələndi. Bu dövr ərzində ümumi daxili məhsul 1,7 dəfə, büdcə gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı. İnflyasiya səviyyəsi 2-3 faizədək azaldı. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində investisiya qoyuldu.


Uzunmüddətli inkişafın təməlini qoyan neft konsepsiyası


Ölkəmizdə mükəmməl sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması və mərhələ-mərhələ reallaşdırılması ulu öndərin tarixi xidmətilərindəndir. Azərbaycanın iqtisadi qüdrətinin artmasında həm də neft və qaz kimi təbii sərvətdən xalqın mənafeyinə uyğun düzgün istifadə olunması mühüm rol oynayır. Ümummilli liderin müdrikcəsinə hazırladığı neft konsepsiyası Azərbaycanın uzunmüddətli uğurlu inkişafının təməlini qoydu.

"Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi. Bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. "Azəri-Çıraq-Günəşli” yataqlarından hasilat isə 22 il əvvəl - 1997-ci ilin noyabr ayında başladı.

"Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan özünü çağdaş dünyaya təqdim etdi. İlk dəfə olaraq dünyada nəhəng transmilli konsorsium yaradılaraq ölkəmizin sayəsində Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanı kimi tanındı.

Bu müqavilə ölkəmizin geosiyasi mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun sürətli inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına təkan verdi. Bu dövrdə neft-qaz sektoruna 30 milyard dollardan artıq sərmayə cəlb olundu.

Neftin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşasına dair saziş imzalandı və bu, karbohidrogen ehtiyatlarının ixrac marşrutlarının şaxələndirilməsini təmin etdi.


İlham Əliyevlə tarixin ən qüdrətli dövrünü yaşayan Azərbaycan


Heydər Əliyevin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir və əbədi olacaqdır” fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən Azərbaycanın simasında öz təsdiqini tapır. Ulu öndərin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan 16 ildə regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan dövləti kimi nüfuz qazanıb.

Ulu öndər xalqımıza əbədi müstəqillik bəxş etdi, İlham Əliyev öz uğurlu siyasəti ilə bu müstəqilliyi daha da möhkəmləndirdi. Heydər Əliyev böyük qayıdışı ilə Azərbaycanı uçurumdan qurtardı, İlham Əliyev bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi və bu gün Azərbaycan hərtərəfli inkişaf üstündə qurulmuş ölkə kimi tarixi yolunu inamla davam etdirir.

Bunu iqtisadi göstəricilərə nəzər yetirdikdə də aydın şəkildə görə bilərik. 1995-2003-cü illərdə ölkə iqtisadiyyatına 20 milyard dollar yatırılmışdı, 2003-2019-cu illər ərzində bu rəqəm 260 milyard dollara yüksəldi. 2004-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasına başlayarkən ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar idi, bu gün həmin rəqəm 47 milyard dollar təşkil edir.

Hazırda Azərbaycan adı dünyanın azsaylı kosmik ölkələri sırasında çəkilir. Bu gün orbitdə üzərində Azərbaycan bayrağı olan 3 peykin mövcudluğu həqiqətən də ölkəmizin qısa müddətdə böyük inkişaf yolu keçdiyindən xəbər verir.

Bunu iqtisadi uğurlar da təsdiqləyir. 2004-2018-ci illərdə ümumi daxili məhsul istehsalı 3,3 dəfə, qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, nəqliyyat və anbar təsərrüfatı 3 dəfə, informasiya və rabitə xidmətləri 12,4 dəfə artıb.

Bu dövrdə dövlət büdcəsinin gəlirləri 18,4 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 4,6 dəfə yüksəlib. Hazırda Azərbaycan dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır. 2004-cü ildən indiyədək Azərbaycanda 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox yeni iş yeri açılıb.

Prezidentin yeni inklişaf konsepsiyası əsasında hazırlanan strateji yol xəritələrinin icrası ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir. Dövlət başçısının sosial-iqtisadi siyasətinin əsasında insan amili dayanır və bütün sosial layihələrin icrası daim Prezidentin diqqət mərkəzindədir. Bunu Prezidentin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar, qəbul edilən qərarlar təsdiqləyir. Elə bunun səbəbidir ki, beynəlxalq hesabatlarda Azərbaycanın adı dünyanın ən islahatçı lider ölkələri sırasında çəkilir.


Möhkəm təməl üzərində qurulan müstəqillik


Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal transmilli iqtisadi, enerji layihələri - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub”, "Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi irimiqyaslı layihələr regionda və dünyada ölkəmizin mövqeyini daha da gücləndirir.

Dünyanın enerji xəritəsini dəyişən Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji təminatçılarından birinə çevrilib. Respublikamız "Cənub qaz dəhlizi”, TANAP, TAP kimi irimiqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Uzaq Çindən Şimali Avropaya bir neçə aya daşınan mallar bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə 15 günə ünvana çatdırılır.

Bütün bunlar 16 ildə çəkilən zəhmətin bəhrəsidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə çevrimək yolunda bütün lazımi addımları atır. Azərbaycanın bu gün əldə etdiyi möhtəşəm uğurların fonunda müstəqilliyimizin möhkəm təməl üzərində olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyi və digər qlobal məsələlərdə öz sözünü deməsi və bu kimi digər məsələlərdir. Bütün bunlar həm də Azərbaycanın inamla addımladığı yoldan xəbər verir.

Bunlar Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandırır. Əminliklə deyə bilərik ki, ulu öndərin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi qüdrətli Azərbaycanı daha böyük uğurlara aparır və İlham Əliyev siyasəti sabahkı uğurların etibarlı təminatıdır. Məhz müstəqil siyasəti ilə dövlətin milli maraqlarını bütün sahələrdə inamla təmin edən bu siyasət Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

Bizi Qurtuluş Günündən 26 illik zaman fasiləsi ayırır və biz ulu öndərin söylədiyi "Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrinin reallığa çevrildiyinə şahidlik edirik.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM