Alternative content

16:28 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
ANA SƏHİFƏ / Təhsil
01:48 12.06.2019


Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Paris şəhərində səfərdədir.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun 2019-cu il "Yubileylər” proqramına daxil edilən Bakı Dövlət Universitetinin 100 illik yubileyi iyunun 12-də qurumun baş qərargahında beynəlxalq səviyyədə qeyd olunacaq. Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də həmin tədbirə qatılacaq.

Parisə səfəri çərçivəsində Ceyhun Bayramov UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini ilə görüşüb. Görüşdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də iştirak edib.

Nazir Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açaraq həmin hökumətin birinci qərarının Azərbaycanda ilk universiteti təsis etmək olduğunu vurğulayıb. O, BDU-nun Azərbaycanın təhsil sistemindəki mühüm rolunu qeyd edərək, Prezident İlham Əliyev tərəfindən "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci ildə imzalanmış sərəncamı xatırladaraq, bu istiqamətdə görülmüş işlərdən danışıb.

C.Bayramov habelə Təhsil Nazirliyinin Dayanıqlı İnkişaf Məqsədi 4 - təhsil üzrə əsas qurum olduğunu vurğulayaraq ümumilikdə 2030-cu ilədək gündəliyin reallaşdırılması üzrə Azərbaycan Respublikası Baş nazirinin müavininin sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını qeyd edib. Peşə təhsili və təlim sisteminin səmərəliliyini artırmaq və əmək bazarında ixtisaslı işçi qüvvəsi yaratmaq məqsədilə 2016-cı ildə Təhsil Nazirliyinin nəzdində təsis edilmiş Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2020-ci ildə 1000 tələbəni qəbul edəcəyini diqqətə çatdırıb.

Görüşdə son dövrün ən aktual mövzularından olan süni intellekt və bu sahədə təhsilin rolu ətrafında fikir mübadiləsi aparılıb.

BDU-nun rektoru Elçin Babayev 23 min tələbəsi olan universitetdə fəaliyyət göstərən UNESCO kafedraları məsələsinə toxunaraq, "İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının fəaliyyət müddətinin 2023-cü ilədək uzadılmasına görə S.Gianniniyə minnətdarlığını bildirib.

Görüşün sonunda S.Giannini təhsil nazirini və BDU-nun rektorunu UNESCO Baş Konfransı çərçivəsində cari ilin noyabr ayında keçiriləcək Nazirlər görüşünə dəvət edib. C.Bayramov UNESCO-nun Baş direktorunun müavinini təyin olunduğu yeni vəzifə çərçivəsində Azərbaycana səfərə dəvət edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM