Alternative content

18:53 21 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqtonda ABŞ-ın Azərbaycan icmasının nümayəndələri ilə görüş olub
Vaşinqtonda ABŞ-ın Azərbaycan icmasının nümayəndələri ilə görüş olub
ANA SƏHİFƏ / SİYASƏT
01:46 12.06.2019


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində paytaxt Vaşinqton və ətraf ştatlarda yaşayan azərbaycanlı icma nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasında təşkil olunan naharda icma fəalları, eləcə də azərbaycanlı elm və biznes nümayəndələri iştirak ediblər.

Palatanın icraçı direktoru Natiq Baxışov tədbiri açaraq qonağı və icma nümayəndələrini salamlayıb, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə təşkilatın dəvətini qəbul etdiyinə görə minnətdarlığını bildirib. Hikmət Hacıyev azərbaycanlı icma nümayəndələri ilə görüşdən, eləcə də ABŞ-da yaşayan soydaşlarımızın Azərbaycanla sıx bağlılıqlarının olduğunu görməkdən məmnunluğunu ifadə edib.

Şöbə müdiri bunun Vaşinqtonda və digər ştatlarda fəaliyyət göstərən Azərbaycan məktəbləri və təşkilatlarının fəaliyyəti, eləcə də icmanın aktiv üzvlərinin sosial media üzərində fəaliyyətləri ilə daha qabarıq görünməsinin xüsusi qürurverici hal olduğunu deyib.

Səfir Elin Süleymanov iki ölkə arasında münasibətlərin inkişafında azərbaycanlı icmanın rolundan bəhs edib. Azərbaycanın bu və ya digər sahədə tanınmasında, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasında ABŞ-da yaşayan soydaşlarımızın əhəmiyyətli rolunun olduğunu bildirib.

Görüşdə icma nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, irəli sürülmüş təkliflər üzrə müzakirələr aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM