Alternative content

16:13 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Cənub qaz dəhlizi”nin birləşdirici halqası
“Cənub qaz dəhlizi”nin birləşdirici halqası
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:45 12.06.2019


2018-ci il iyunun 12-də Əskişəhərdə (Türkiyə) TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. "Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan TANAP-ın işə düşməsi mühüm tarixi hadisə kimi dəyərləndirildi. Çünki bu, Azərbaycanın təkcə neft diyarı deyil, həm də qaz ixrac edən ölkə olduğunu bir daha təsdiqlədi.

TANAP-ın uğuru eləcə də Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən "Cənub qaz dəhlizi”nin bütövlükdə müvəffəqiyyətlə başa çatacağına bir zəmanətdir. TANAP Azərbaycan və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən unikal layihədir. Ona görə də Azərbaycan-Türkiyə birliyini, qardaşlığını nümayiş etdirir, iki ölkənin iqtisadi gücünü artırır.

Lakin TANAP təkcə iki ölkə və region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün önəm daşıyan layihədir. Məlum olduğu kimi, "Cənub qaz dəhlizi” 7 ölkənin, layihənin ayrı-ayrı seqmentlərində tərəfdaşlıq edən çoxsaylı şirkətlərin sıx əməkdaşlığı nəticəsində gerçəkləşir. TANAP məhz belə bir önəmli dəhlizin ən böyük hissəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı "Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırmış və onun vaxtında istifadəyə verilməsinin vacib olduğunu vurğulamışdı. İndi bu, reallığa çevrilib.

Azərbaycan qazının Avropaya yolu TANAP-ın vasitəsilə Türkiyədən keçir. Avropanın bu qaza böyük ehtiyacı var. Ümumiyyətlə, dünyada qaza tələbat ildən-ilə artır. Müxtəlif neft regionlarında istismar olunan qaz yataqlarının ehtiyatları getdikcə azalır. Yeni yataqlar isə heç də tez-tez kəşf olunmur. Bu baxımdan Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” qaz-kondensat yatağının ehtiyatları daha mühüm əhəmiyyət kəsb edir. Bu, 1,2 trilyon kubmetr mavi yanacaq sərvəti olan möhtəşəm yataqdır. Buradan çıxarılan qazı Avropaya məhz "Cənub qaz dəhlizi” çatdıracaq.

Azərbaycan qazını Türkiyənin ərazisində nəql edəcək TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar. Layihənin həyata keçirilməsi üçün verilən start uğurla gerçəkləşdirilən mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik işləri ilə davam etdirilərək TANAP-ın zəngin salnaməsinin əsasını qoymuşdur. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda kəmərin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın prezidentləri iştirak etmişlər.

Bu yaxınlarda Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində Prezident İlham Əliyev TANAP-ın keçdiyi qısa, lakin çətin və şərəfli yol barədə demişdir: "2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi "Cənub qaz dəhlizi”nin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, "Cənub qaz dəhlizi” dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını dünya bazarlarına daha böyük həcmdə ixrac etməyə başlamışdır”.

TANAP Azərbaycan qazını Gürcüstan-Türkiyə sərhədində Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) qəbul edir. CQBK "Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisidir, Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 kilometrdir. CQBK-nın yolunu Türkiyənin ərazisində 1850 kilometrdən çox məsafə boyu TANAP davam etdirir. TANAP Türkiyənin 20 vilayətindən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərindən keçir. Türkiyə-Yunanıstan sərhədindəki Kipoi məntəqəsində TAP-a (Transadriatik Qaz Boru Kəməri) qovuşur. Bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlandığı üçün TANAP-ı "Cənub qaz dəhlizi”nin "birləşdirici həlqəsi” də adlandırırlar.

TANAP layihəsi Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatını daha da təkmilləşdirmişdir. Bu layihədə Azərbaycanın SOCAR, Türkiyənin BOTAŞ və Böyük Britaniyanın BP şirkətləri tərəfdaşlıq edirlər.

Daha önəmli bir fakt odur ki, TANAP-ın əhəmiyyəti təkcə Türkiyədəki istehlakçılara mavi yanacaq çatdırmaqla bitmir. Kəmərin Türkiyədən keçirərək Avropaya ixrac etdiyi qazın 9 iri şirkət tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland "Shell” şirkəti, Bolqarıstanın "Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın "Uniper”, Fransanın "Engie”, İtaliyanın "Hera Trading”, "Edison” və "Enel”, İsveçrənin AXPO şirkətləridir.

3500 kilometrlik "Cənub qaz dəhlizi”nin 878 kilometri TAP-ın payına düşür. Dəhlizin həmin hissəsinin 550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçəcək, sonuncu 8 kilometri İtaliya ərazisində quruda yerləşəcək. Hazırda TAP-ın çəkilişi uğurla yekunlaşmaqdadır və 2020-ci ildə bu boru xətti TANAP-la nəql olunan mavi yanacağı qəbul edəcək.

Hazırda "Cənub qaz dəhlizi”ndə 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya iştirak edir. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina ilə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumunu imzalayıb. "Cənub qaz dəhlizi” gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün də böyük imkanlar yaradır.

Bu il fevralın 20-də "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən beşinci toplantısında Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger demişdir: "Azərbaycan qazı TANAP vasitəsilə artıq buradan Türkiyəyə nəql edilib. Biz Azərbaycan qazının yaxın gələcəkdə, - ümidvaram ki, gələn il, - Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı "Cənub qaz dəhlizi” layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək”.

TANAP möhkəm təmələ əsaslanan kəmərdir. Çünki yaranan böyük dəhlizin başlanğıcında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm layihələrin təcrübəsi dayanır. Kəmərin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli tədbirdə Prezident İlham Əliyevin dediyi kimi: "TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM