Alternative content

23:16 15 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri keçirilir
Bakıda “TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri keçirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:40 12.06.2019


Dünən Bakı Sərgi Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - "TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - "Road & Traffic 2019” sərgiləri açılıb.

Açılış mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə sərgilərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, son illər Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm layihələr həyata keçirilir, ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli translogistika layihələrinin iştirakçısıdır.

Nazir bildirib ki, "TransCaspian 2019” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmir yolu, nəqliyyat-logistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirib.

"Iteca Caspian” şirkətinin direktoru Edvard Stroon isə deyib ki, builki sərgidə 10 ölkədən 75 şirkət iştirak edir: "Bu il "TransCaspian” sərgisində Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər öz məhsul və xidmətlərini təqdim edir. Hər il sərgidə "Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aparıcı dövlət strukturları, həmçinin kommersiya şirkətləri iştirak edir. Bundan əlavə, sərgidə Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyi ilk dəfə təmsil olunur”.

Sonra nazir Ramin Quluzadə və ziyarətçilər sərgi ilə tanış olublar.

Sərgilər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində "Caspian Event Organisers” şirkəti çıxış edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM