Alternative content

23:16 15 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənc idmançılarımız etimadı doğruldurlar
Gənc idmançılarımız etimadı doğruldurlar
ANA SƏHİFƏ / İDMAN
01:27 12.06.2019


Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gəncliyinin idman sahəsində də irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Son 15 ilin idman yekunlarına nəzər saldıqda bunu aydın görmək mümkündür.

Sözsüz ki, gənclərimizin yüksək nailiyyətlər qazandığı yarışlar sırasında ən nüfuzlusu dünyanın məşhur və 4 ildən bir keçirilən kütləvi idman müsabiqəsi - yay olimpiya oyunlarıdır. Son 6 olimpiadada iştirak edən idmançılarımız 44 medal qazanıblar. "Sidney-2000” Yay Olimpiya Oyunlarında 2 qızıl və bir bürünc medal qazanan gənc idmançılarımız 2004-cü ildə Afinada estafeti davam etdirdilər. 21-ci minilliyin ilk olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı.

2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə 39-cu yeri tutdu.

2012-ci ildə London olimpiya oyunlarında isə Azərbaycan idmançıları 10 medal qazandılar. İki qızıl, iki gümüş və altı bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də 5-ci yeri tutdular.

2016-cı il də Azərbaycan idmanı üçün mühüm nailiyyətlərlə yadda qaldı. Belə ki, Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına 56 idmançı ilə qatılan Azərbaycan ilk dəfə rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazandı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi turnirdə respublikamız medal sayına görə 87 mükafatçı dövlət sırasında 15-ci yeri tutaraq islam, türk və Qafqaz ölkələri arasında lider oldu.

Son 15 ilin ən mühüm idman hadisələrindən biri də ölkəmizdə təşkil olunan "Bakı-2015” I Avropa Oyunlarıdır. Qitənin 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda atletlərimiz 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutdular.

2017-ci ildə isə paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları gənclərimiz üçün çox böyük uğurla yekunlaşdı. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq birinci yeri tutdular.

Göründüyü kimi, Azərbaycan dövləti idmançılara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Hər gün şahidi oluruq ki, Azərbaycan idmançıları qazandıqları qələbələrlə öz dövləti və lideri İlham Əliyevin ətrafında sıx birləşiblər.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM