Alternative content

04:11 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında saziş imzalanıb
Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında saziş imzalanıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
22:08 11.06.2019

İyunun 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Komitə sədri BMTİP ilə ölkəmizin gömrük orqanları arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb. Səfər Mehdiyev bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin gömrük sistemində reallaşdırdığı islahatlar hesabına gömrük orqanları bütün sahələrdə mühüm nailiyyətlər əldə edib. Belə ki, şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi hesabına gömrük orqanları nəzərdə tutulan proqnozu artıqlaması ilə yerinə yetirib. Son bir ildə ölkəmizdən tranzit keçməklə Avropaya daşınması nəzərdə tutulan 1,7 ton narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Komitə sədri onu da vurğulayıb ki, hazırda İT sahəsində Azərbaycanın gömrük orqanları dünyanın bir sıra inkişaf etmiş ölkələrini geridə qoyur.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan gömrüyünün beynəlxalq aləmin etibarlı tərəfdaşına çevrildiyini vurğulayan Səfər Mehdiyev cari ilin aprel ayında Dövlət Gömrük Komitəsinin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri seçilməsinin, ÜGT-nin "İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”nin iyunun 12-də Bakıda keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib.

Komitə sədri əldə edilən nailiyyətlərdə BMTİP-in müxtəlif sahələrdəki dəstəyinin mühüm rol oynadığını diqqətə çatdırıb və əməkdaşlığın bundan sonra daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti səmimi görüşə görə təşəkkürünü bildirib və Dövlət Gömrük Komitəsinin uğurlarını yüksək qiymətləndirərək, təmsil etdiyi qurumun da bu nailiyyətlərin əldə edilməsində rol oynamasından qürur duyduğunu diqqətə çatdırıb.

Birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin öz bəhrəsini verdiyini bildirən Alessandro Frakassetti Azərbaycan gömrüyünün mühüm vəzifələrin öhdəsindən gəldiyini, şəffaflığın təmin olunması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ticarətin asanlaşdırılması istiqamətində ciddi addımlar atdığını vurğulayıb.

Daha sonra Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında bu qurumun dəstəyi ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan arasındakı "Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsinin vaxtının uzadılmasına dair saziş imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti imzalayıblar.

İmzalanma mərasimindən sonra "Azərbaycan və Gürcüstan arasındakı "Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsi çərçivəsində BMTİP tərəfindən Dövlət Gömrük Komitəsinə verilən nəqliyyat vasitələrinə baxış keçirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM