11 Iyun 2019 21:31
2009
PARLAMENT
A- A+

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin böyük rolu var


İyunun 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Vurğulayıb ki, dövlət başçılarımız arasındakı dostluq və qardaşlıq münasibətləri həyatın digər sahələrinə də müsbət təsirini göstərir.

Sədr bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır. Heç də təsadüfi deyil ki, Türkiyənin yüksək vəzifəyə seçilmiş rəsmi nümayəndələri həmişə ilk səfərlərini Azərbaycana edirlər. Qarşılıqlı xarakter daşıyan bu səfərlər artıq ənənə halı alıb. Hər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması ölkələrimiz arasında ticarət dövriyyəsinin artımında da özünü göstərir. 2017-ci ildə bu sahə üzrə göstərici 2,7 milyard ABŞ dolları həcmində olubsa, ötən il bu rəqəm 3,5 milyardı keçib. 2018-ci ildə Türkiyədə TANAP kimi qlobal neft layihəsinin rəsmi açılış mərasimi keçirilib, həmin ilin oktyabrında isə "Star” neft emalı zavodu işə başlayıb. Artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası nəticəsində bütün türk dünyası yeni dəmir ipək yolu ilə birləşəcək. Azərbaycan gələcəkdə Türkiyəyə investisiya yatırımlarını artırmaq niyyətindədir.

Qeyd olunub ki, ikitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin rolu çox əhəmiyyətlidir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Nümayəndə heyətlərimiz nüfuzlu beynəlxalq qurumlar çərçivəsində faydalı əməkdaşlıq edirlər.

Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Sürəyya Sədi Bilgic ölkəmizə ilk dəfə səfər etdiyini və Bakıda keçiriləcək "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı”nda iştirak edəcəklərini söyləyib. Qeyd edilib ki, konfransda müzakirə olunacaq məsələlər tərəflər üçün strateji əhəmiyyət kəsb edir. Regional təhlükəsizlik, qarşılıqlı dialoq, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi kimi mövzular bu gün kifayət qədər aktualdır.

Qonaq Azərbaycanla Türkiyənin reallaşdırdıqları neft və qaz kəmərləri layihəsinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin region üçün əhəmiyyətini vurğulayıb. Bu layihələrin böyük siyasi və iqtisadi məna kəsb etdiyini söyləyib.

Görüşdə Dağlıq Qarabağ problemindən söz açan qonaq problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, beynəlxalq hüquq müstəvisində ədalətli həlli üçün Türkiyənin hər cür dəstək göstərməyə hazır olduğunu bir daha qeyd edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, qrupun üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video