11 Iyun 2019 21:30
569
SİYASƏT
A- A+

Fransa portalları Milli Assambleyada Azərbaycan qadınına həsr edilmiş konfransdan yazıb


"unesco.org”, "Moderndiplomacy.eu” portallarında və "saga6t.over-blog.com” saytında Fransa Milli Assambleyasında "Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” mövzusunda keçirilən konfrans haqqında məqalələr dərc olunub. Konfrans Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuşdu.

AZƏRTAC xəbər verir ki, məqalələrdə ölkəmizdə XIX əsrdən bu günədək qadınların asılılıqdan azadlıq məsələsindən, qadınlara səsvermə hüququnun verilməsi tarixindən bəhs olunub. Digər ölkələrdən fərqli olaraq, ölkəmizdə gender bərabərliyinin təminində kişilərin əsas rolu diqqətə çatdırılıb. 1900-cü ilin əvvəllərində ilk qızlar məktəbinin açılması, ilk qadın jurnalı "İşıq”ın, eləcə də ilk satirik Molla Nəsrəddin jurnallarının fəaliyyət göstərməsindən yazılıb. Bütün bu irəliləyişlərin qadınlara səsvermə hüququnun verilməsi ilə tamamlandığı bildirilib.

Məqalələrdə müasir dövrdə ölkəmizdə qadın hüquqları, gender bərabərliyi istiqamətində görülən işlərdən söhbət açılıb, ölkəmizdə bütün sektorlarda qadınların təmsil olunduğu diqqətə çatdırılıb.

Həmçinin ölkəmizin UNESCO-nun qızlarla bağlı proqramlarına verdiyi töhfədən bəhs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video