Alternative content

08:02 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nyu Yorkda helikopter 54 mərtəbəli binanın üstünə düşdü
Nyu Yorkda helikopter 54 mərtəbəli binanın üstünə düşdü
ANA SƏHİFƏ / DÜNYA
17:04 11.06.2019


Nyu Yorkda baş vermiş helikopter qəzasının yeganə qurbanı onu idarə edən pilot olmuşdur. İlkin məlumata görə, faciəyə səbəb əlverişsiz hava şəraiti idi.

Polis artıq həlak olmuş pilotun şəxsiyyətini müəyyənləşdirmişdir. Məlumata görə, o, təcrübəli pilot imiş və bu cür havada nəyə görə uçuş etdiyi naməlum qalır. O, havaya qalxdıqdan cəmi 11 dəqiqə sonra Manhettendə 54 mərtəbəli binanın damına sərt enmə etmişdir. Nyu York meri Bill De Blazionun fikrincə, söhbət bədbəxt hadisədən gedir.

Qəza ABŞ Prezidentinin mənzilinin olduğu "Tramp Qülləsi” göydələninin təxminən bir kilometrliyində baş vermişdir. Bu rayon son 2,5 ildir aviasiya uçuşları üçün bağlıdır.

CNN telekanalının verdiyi xəbərə görə, qəzaya uğramış helikopteri Timoti Makkormak adlı pilot idarə edirmiş.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM