Alternative content

07:57 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Mənim Sumqayıtım” intelektual oyunu keçirilib
“Mənim Sumqayıtım” intelektual oyunu keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:20 11.06.2019

Sumqayıt Gənclər evində Sumqayıtın 70 illik yubileyinə həsr edilmiş "Mənim Sumqayıtım” adlı "Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilib. Tədbirdə bildirilib ki, yarışın keçirilməsində məqsəd gəncləri intellektual fəaliyyətə cəlb etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq, mövcud intellektual bazalarını genişləndirmək, sağlam elmi rəqabət mühiti yaratmaqdır. Sumqayıtlı gənclərin uğurlarına həsr edilən stendə baxış keçirilib. Vurğulanıb ki, bu gün sumqayıtlılar bilik və idman yarışlarında qələbə qazanır, dünyanın sayılıb- seçilən turnirlərindən vətənə qalib kimi qayıdırlar.
Qeyd olunub ki, Sumqayıt gəncləri də ölkə rəhbərliyinin diqqət və qayğısı ilə tam əhatə olunub, onların hərtərəfli inkişafı üçün hər cür imkan yaradılıb. Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar şəhər gənclər və idman baş idarəsi tədbirlər planı hazırlayıb. Keçirlən turnirlər gənclərin elmi və yaradıcılıq fəaliyyətinə həvəsləndirilməsi, istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi istiqamətində köklənib.
Bilik yarışında şəhərin müxtəlif sahələrini təmsil edən, ümumilikdə 48 nəfər olmaqla 8 komanda iştirak edib. Gərgin və maraqlı şəraitdə keçən yarışın sonunda I yerə Sumqayıt Asan Xidmət Mərkəzinin "Mübariz”, II yerə Sumqayıt Gənclər Evinin "Gənclik” komandaları, III yerə isə Sumqayıt Gənclər Klubu layiq görülüb.
Qaliblər diplom, kubok, medal və hədiyyələrlə təltif edilib. Tədbir çay süfrəsi arxasında fikir mübadiləsi ilə başa çatıb.

Akif ALİYEV,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM