Alternative content

18:45 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
17:27 25.06.2019 Rusiya AŞ PA-ya qayıtdı
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır
Bakı Metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:37 11.06.2019

"Bakı Metropoliteni” QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı Metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır.

QSC-dən AZƏRTAC-aa bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı Metropoliteninin perspektiv inkişaf planında vaqon parkının daha müasir və sərnişinlər üçün daha rahat vaqonlarla təmin edilməsi hesabına yenilənməsi də nəzərdə tutulub. 2014-cü ildə "Bakı Metropoliteni" QSC təsis edildikdən sonra bu istiqamətdə görülən işlərin nəticəsi kimi, 2015-ci ildən başlayaraq metropolitenin lokomotiv təsərrüfatında müasirləşmənin əsası qoyulub. Ötən müddət ərzində 25 yeni nəsil vaqonları alınaraq sərnişindaşıma prosesinə qoşulub. Bu mənada cari il alınacaq vaqonların sayına görə daha fərqli olacaq.

"Transmaşholdinq" SC ilə bağlanmış müqaviləyə görə, il ərzində metropoliten üçün daha 20 vaqon istehsal ediləcək. Həmin şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi "81-765. B81/766.B” modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək yeni 10 vaqon əvvəlki nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan savayı, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb.

İstehsal zamanı, sifarişçi kimi "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb. Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb. Əsas yeniliklərdən biri kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılmasıdır. Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin olunub. Həmçinin Bakı metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM