15:42 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şəkərli diabetdən əziyyət çəkən 29 yaşlı qıza anasının böyrəyi köçürülüb
ANA SƏHİFƏ / SƏHIYYƏ
13:42 11.06.2019

Respublika Müalicəvi Diaqnostika Mərkəzində mürəkkəb böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkən 29 yaşlı xəstə son 10 ildə müntəzəm hemodializ seansları qəbul etməsinə baxmayaraq, vəziyyəti gündən-günə pisləşib. Nəticədə onun üzərində təcili əməliyyat aparılmasına ehtiyac yaranıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyatın mürəkkəbliyi ondan ibarət olub ki, xəstədə iki yaşından xroniki böyrək çatışmazlığı ilə yanaşı, 1-ci tip şəkərli diabet xəstəliyi də müşahidə edilib. Həmin xəstəlik bir çox magistral damarların tamamilə destruksiyasına səbəb olub. Xəstənin anasının donor olduğu həmin əməliyyatı cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərlik etdiyi həkimlər briqadası aparıb.

"Böyrək transplantasiyası özlüyündə böyük məsuliyyət tələb edən əməliyyatdır. Xəstə xroniki böyrək çatışmazlığı ilə yanaşı, şəkərli diabet xəstəliyindən də əziyyət çəkirsə, bu zaman əməliyyatın həyata keçirilməsi daha da çətinləşir. Burada cərrah və nefroloqlardan ibarət yüksəkixtisaslı komanda və müasir tibbi avadanlıqların olması vacibdir. Ağır və mürəkkəb əməliyyatı öz öhdəmizə götürdük, əməliyyat uğurlu alındı və orqanizm köçürülmüş böyrəyi qəbul etdi. Əməliyyatdan sonra xəstənin əhvali-ruhiyyəsi yaxşılaşmağa başladı. Həm xəstə, həm də donor tamamilə yaxşı vəziyyətdə evə yazılıblar. Hazırda köçürülmüş böyrək normal fəaliyyət göstərir”, — deyə cərrah-uroloq məlumat verib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM