Alternative content

04:11 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri ticarət əməkdaşlığının genişlənməsində gömrük orqanlarının rolu müzakirə edilib
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri ticarət əməkdaşlığının genişlənməsində gömrük orqanlarının rolu müzakirə edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:21 11.06.2019

İyunun 11-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Dubay Gömrüyünün Baş direktoru Əhməd Mahbub Musabihin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, S.Mehdiyev Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən razılıqla söhbət açıb.

O qeyd edib ki, iki ölkə arasında iqtisadi, siyasi əlaqələr yüksək səviyyədədir və Azərbaycan, eyni zamanda, Dubay Əmirliyi ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.

DGK sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən S.Mehdiyev bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını deyib.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əməkdaşlığından da söhbət açan komitə sədri bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. O, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Dubay Gömrüyünün Baş direktoru isə ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, bu əlaqələrin qarşılıqlı hörmət və dostluğa əsaslandığını deyib. Qonaq iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlığın inkişafına geniş imkanlar açdığını vurğulayıb, ikitərəfli əlaqələrdə müsbət dinamikanın müşahidə edilməsinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsinin sevindirici hal olduğunu bildirib.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edən Əhməd Mahbub Musabih bununla belə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. O, bir sıra sahələrlə yanaşı, gömrük xidməti sahəsində də əlaqələrin genişləndirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından səmərəli olacağını deyib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM