Bakıda Beynəlxalq Memarlar İttifaqının növbədənkənar Baş Assambleyası işə başlayıb
- İyunun 11-də Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Memarlar İttifaqının (BMİ) növbədənkənar Baş Assambleyası öz işinə başlayıb.
- AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi təsdiq olunduqdan sonra Beynəlxalq Memarlar İttifaqının fəaliyyəti barədə təşkilatın prezidenti Tomas Vonyenin hesabatı dinlənilib.
- Tədbirdə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri və BMİ-nin Şura üzvü Elbay Qasımzadə çıxış edərək Bakıya gəlib bu tədbirlərdə iştirak etdiklərinə görə Assambleya üzvlərinə təşəkkürünü bildirib. O, əminliklə qeyd edib ki, qonaqlar öz vətənlərinə ölkəmizlə bağlı yaxşı təəssüratlarla qayıdacaqlar.
- Sonra BMİ-nin keçmiş prezidenti Esa Mohamedin, eləcə də təşkilatın Baş katibi Serban Tiganasın hesabatları dinlənilib.
- Toplantı zamanı BMİ-nin tərkibini müəyyən edən beş regionun vitse-prezidentləri çıxış edərək təmsil etdikləri region üzrə üzv ölkələrin memarlar birliklərinin fəaliyyəti barədə məruzələrlə çıxış ediblər.
- Daha sonra BMİ-nin maliyyə hesabatı barədə məlumat verilib.
- Beynəlxalq Memarlar İttifaqının Memarlıq təhsili komissiyasının fəaliyyəti barədə Maqda Mostafa və Marilis Nepomeçye, Peşəkarlıq praktikası komissiyasının fəaliyyəti barədə Ceyms Rayt və Çjuan Veymin, Beynəlxalq müsabiqələr komissiyasının fəaliyyəti barədə Regina Qontyer və Yeji Qroxulski, Dayanıqlı inkişaf məqsədləri komissiyasının fəaliyyəti barədə Natali Mossin və İştiyaq Zahir hesabatlarla çıxış ediblər.
- Tədbirdə, həmçinin BMİ-nin işçi proqramlarının fəaliyyəti barədə hesabatlar da dinlənilib.
- UNESCO-nun Ümumdünya Memarlıq Paytaxtı, 2020-ci ildə Rioda keçiriləcək XXVII Ümumdünya Konqresi və 2023-cü ildə Kopenhagendə keçiriləcək XXVIII Ümumdünya Konqresi barədə məlumatla tanış olan Assambleya üzvləri müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!