Alternative content

03:41 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
02:11 23.07.2019 Əsir Ağdam məscidi
02:09 23.07.2019 Ağdamda nəyim qaldı...
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanı özəl sektorun nümayəndələri təmsil ediblər
Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanı özəl sektorun nümayəndələri təmsil ediblər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:38 11.06.2019


Özbəkistanın Namanqan şəhərində "Doing business in Namangan” mövzusunda Beynəlxalq İnvestisiya Forumu keçirilib.

Dünyanın 36 ölkəsindən 500-dən çox qonağın iştirak etdiyi tədbirdə ölkəmizi "CTC Holding” şirkətinin baş direktoru Məhəmməd Nağıyev və "MEB İNVESTMENT” MMC-nin baş direktoru Məmməd Əhmədov təmsil ediblər.

Forumda Özbəkistan Baş nazirinin müavini Aziz Abduxakimov, xarici işlər nazirinin birinci müavini İlxom Nematov, investisiya və xarici ticarət nazirinin birinci müavini Alişir Abdualiev, Namanqan vilayətinin hakimi Xayrullo Bazarov, Ticarət-sənaye palatasının sədri Adxam İkramov çıxış edərək regiona sərmayə cəlb olunması imkanlarından danışıblar.

Bildirilib ki, vilayət rəhbərliyi sənaye, kənd təsərrüfatı, innovasiya, bərpa olunan enerji, turizm, səhiyyə və digər sahələrdə qarşılıqlı faydalı əsaslarla iş görmək üçün açıqdır.

Forum iştirakçıları "İstiqlol dizayn”, "ART Soft Tekc”, "Merrimed Farm”, "Çortoq”, "İdeal” və digər şirkətlərin fəaliyyəti ilə tanış olub.

Tədbirin yekunu ilə bağlı Namanqan vilayətinin rəhbərliyi ilə investorlar arasında 320 milyon dollar dəyərində 39 saziş imzalanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM