Alternative content

08:01 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sığorta bazarının yanvar-aprel ayları üzrə göstəriciləri açıqlanmışdır
Sığorta bazarının yanvar-aprel ayları üzrə göstəriciləri açıqlanmışdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:37 11.06.2019


Yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265,3 milyon manat məbləğində sığorta haqları toplanıb, 66,7 milyon manatlıq sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildirilib ki, könüllü sığorta bazarı üzrə haqlar 176,2 milyon manat, ödənişlər isə 43,4 milyon manat, icbari sığorta bazarı üzrə haqlar 89,1 milyon manat, ödənişlər isə 23,3 milyon manat olub.

Dörd ayda sektor üzrə məcmu sığorta haqlarının 66 faizi könüllü, 34 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 65 faizi könüllü, 35 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM