11 Iyun 2019 01:37
748
İQTİSADİYYAT
A- A+

“Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusu qazılacaq


Xəzərin Azərbaycan sektorundakı ümidverən perspektiv strukturlarından biri də "Şəfəq-Asiman”dır. Mütəxəssislərin fikrincə, strukturda bol qaz ehtiyatları aşkar oluna bilər. Lakin bu barədə yalnız kəşfiyyat qazmasından sonra qəti fikir söyləmək mümkündür.

BP Azərbaycan şirkətinin geoloji kəşfiyyat üzrə meneceri Arzu Cavadova "Şəfəq-Asiman” barədə danışarkən bildirdi ki, bu blok Bakıdan təqribən 125 kilometr (78 mil) aralıda cənub-şərqdə yerləşir. Onu Xəzərdə "Şahdəniz” qaz-kondensat yatağından 60 kilometrlik, Səngəçal terminalından 145 kilometrlik məsafə ayırır.

"Şəfəq-Asiman” dənizin dərinsulu hissəsində yerləşir. Burada suyun dərinliyi 600-800 metr arasında dəyişir. Kollektorun dərinliyi isə 7000 metrə çatır. Blok təxminən 1100 kvadratkilometr ərazini əhatə edir. Burada son illərədək heç bir geoloji kəşfiyyat işləri aparılmayıb. Lakin 2010-cu ilin oktyabr ayında Bakıda SOCAR və BP arasında strukturun birgə geoloji kəşfiyyatı və işlənməsinə dair Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. HPBS-yə görə, BP və SOCAR iştirak paylarını tən yarı bölürlər.

2012-ci ilin əvvəlində "Gilavar” seysmik tədqiqat gəmisinin mütəxəssisləri strukturda aparılan üçölçülü seysmik məlumatların əldə olunması proqramını başa çatdırıblar. Sonra həmin məlumatların emalı aparılıb. 2015-ci ildə məlumatların interpretasiyası yekunlaşıb və ilk kəşfiyyat quyusunun planlaşdırılmasına başlanıb.

A.Cavadova, həmçinin qeyd etdi ki, indi bu işlər layihələndirmənin axırıncı mərhələsindədir. Cari ilin dördüncü rübündə kəşfiyyat quyusunun qazılmasına başlanacağı gözlənilir. Belə ki, hazırda "Total” şirkətinin "Abşeron” yatağında apardığı işlər başa çatdıqdan sonra qazma qurğusu "Şəfəq-Asiman”a gətiriləcək.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video