Alternative content

01:53 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaşayış məntəqələri abadlaşır, yeni müəssisələr yaradılır, istehsal artır, güzəran yaxşılaşır
Yaşayış məntəqələri abadlaşır, yeni müəssisələr yaradılır, istehsal artır, güzəran yaxşılaşır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:26 11.06.2019


İnkişafı, abadlığı ilə seçilən rayonlar sırasında Ağsunun da özünəməxsus yeri var. Relyefinə görə dağlıq, dağətəyi və aran hissələrinə ayrılması onun potensialını artırır.

Bir zamanlar köhnə binaları, səliqəsiz küçələri ilə tanınan Ağsu şəhəri indi qonaqlar üçün də sevilən məkana çevrilib. Özü də söhbət yalnız şəhərin mərkəzindən getmir. Kəndlər də yenilənir, abadlaşır. Əldə olunan bu uğurlarda regionların sosial-iqtisadi inkişafı dövlət proqramları mühüm rol oynayıb.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qazanılan uğurların onları arxayın salmadığını deyir. Regionların inkişafı ilə bağlı IV Dövlət Proqramının ilk ilinə uğurla start verildiyini və gözləntilərinin çox olduğunu bildirib qeyd etdi ki, bu il IV Dövlət Proqramında Ağsu rayonu üzrə bir cox vacib layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bunlar çoxşaxəlidir. Onlara misal olaraq sənayenin inkişafı istiqamətində limonad və şərab istehsalı sahəsinin, kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsində müasir heyvandarlıq təsərrüfatlarının, yem və toxum istehsalı kompleksinin yaradılması göstərilə bilər. Paralel olaraq proqram çərçivəsində 1500 hektar sahədə əkinçilik təsərrüfatı, yaş baramanın qurudulması üçün yığım məntəqələri yaradılacaq. Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolu yenidən qurulacaq, eləcə də Təklə, Bəyimli, Ağarx, Aratlı Curuğlu, Qaraqoyunlu, Musabəyli və Pirhəsənli kəndlərində subartezian quyuları qazılacaq. Bunlardan savayı, işsiz olan əmək qabiliyyətli şəxslər özünüməşğulluq proqramına cəlb olunacaqlar.

Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində də işlər davam edəcək. Bu sırada Ərəbuşağı kənd, Ağsu şəhər 2, 4 və 5 nömrəli tam orta məktəblərin əsaslı təmiri, İlxıçı kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, Rəhimağalı, Xatman, Qasımbəyli kənd modul tipli ibtidai məktəblərin inşası və bir cox digər sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunanlardan əlavə, cari ildə Kalva kəndi ərazisində (Bakı-Şamaxı-Yevlax magistral yolunun yaxınlığında) avtoturistlərin qəbulu, yerləşdirilməsi və onlara müxtəlif xidmətlərin göstərilməsi məqsədilə Pitstop obyektinin tikintisinə başlanılacaq.

Ə.Seyidəliyev deyir ki, Ağsuda aqrar sektorun inkişafına da ciddi diqqət yetirilir. "Aqroparklar yaradılır, ənənəvi sahələr dirçəldilir. Ərəbsarvan kəndində ümumi ərazisi 1250 hektardan çox olan "Ağsu Aqropark” QSC qurulur. Burada torpaqların münbitliyi artırılıb, genişmiqyaslı drenaj kanalları bərpa edilərək şoranlıq problemi həll olunub. Həmçinin 500 hektar sahədə pivot suvarma sistemi yaradılıb, 40-a yaxın müasir maşın, traktor, kombayn və 100-dən çox avadanlıqdan ibarət nəqliyyat-texnika parkı inşa olunub. Maşınların hər biri müvafiq qoşqu və aqreqatlarla təmin edilib. 1000 baş cins südlük inəklərin saxlanılması üçün 6, bir o qədər də ətlik heyvanlar üçün müasir, yarıaçıq 4 tövlə tikilir. İl ərzində 4 milyon litr süd, 600 ton ət istehsalı nəzərdə tutulur. Parkın ərazisində hər biri 1500 tonluq 6 və hər biri 150 tonluq 10 silos quyusu, istehsal gücü saatda 10 ton olan yem zavodu və istehsal gücü saatda 5 ton olan toxum fabriki də tikilir”.

RİH başçısının sözlərinə görə, "Ağsu Aqropark” QSC istifadəyə verildikdən sonra orada 200 nəfərdən çox insanın daimi işlə təmin olunması nəzərdə tutulub.

Rayonda infrastruktur layihələrinə də ciddi əhəmiyyət verilir. Təkcə cari ilin yanvar-mart aylarında rayon üzrə 98 fərdi mənzilə qaz verilib. Qırlar, Quzey, Sanqalan, Zərqava, Yenikənd və Kövlüc kəndlərinə də qaz çəkilib və hazırda sayğaclaşma işləri aparılır.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM