Alternative content

03:43 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
02:11 23.07.2019 Əsir Ağdam məscidi
02:09 23.07.2019 Ağdamda nəyim qaldı...
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yollar daim diqqət mərkəzindədir
Yollar daim diqqət mərkəzindədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:25 11.06.2019


Şimal bölgəsinin iqtisadi əhəmiyyətli rayonlarından biri Şabrandır. Turizm potensialının daşıyıcısı olan Şabranda ilin bütün fəsillərində xarici ölkələrdən gəlmiş qonaqlarla rastlaşmaq mümkündür. Həm də bu üzdən Bakı-Rostov magistral yolunun üstündə yerləşən rayonun yol infrastrukturu daim diqqət mərkəzindədir.

Şabran 3 saylı Yol İstismarı MMC 2008-ci ildən fəaliyyət göstərir. İdarənin rəisi Rafiq Kərimovun sözlərinə görə, MMC rayon ərazisindəki 165 km yerli əhəmiyyətli və 41 km respublika əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri işləri ilə məşğuldur. Magistral yolda təmir işləri, demək olar ki, başa çatıb. Ağır yük maşınlarının yolda yaratdığı çalalar doldurulmuş, bəzi yerlər tamamilə yenidən təmir edilərək asfaltlanmışdır.

Rayon mərkəzində də yollar təmir olunur. Giriş və çıxış yolları asfaltlanaraq ideal vəziyyətə gətirilmişdir. Yol kənarlarında həmçinin yaşıllaşdırma işləri görülmüş, səkilər çəkilmişdir. İstinad divarlarına rayonun tarixini əks etdirən lövhələr vurulmuş, rəng müxtəlifliyi incə zövqlə seçilmişdir.

Şabranın kəndarası yolları da unudulmayıb. Hazırda Şabran-Sarvan-Çayqaraqaşlı-Hacıqaraqaşlı, Şabran-Udulu, Şabran-Baş Əmirxanlı-Qazbabalı, Şabran-Düzbilici-Çinarlar avtomobil yollarında əsaslı təmir işləri gedir. Şabran-Sarvan-Çayqaraqaşlı-Hacıqaraqaşlı yolunun 39 kilometrinin alt qat işləri tamamlanıb və həmin yolun asfalt örtüyünün çəkilməsinə başlanılıb. Şabran-Baş Əmirxanlı-Qazbabalı, Şabran-Düzbilici-Çinarlar yollarında isə alt qat işləri aparılır.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM