Alternative content

18:34 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zərdabda hələlik 50 tondan çox barama təhvil verilib
Zərdabda hələlik 50 tondan çox barama təhvil verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:21 11.06.2019


Zərdab rayonunda yaş barama tədarükü davam edir və kümçülər hələlik 50 tondan çox məhsul təhvil veriblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə 3800 nəfəri əhatə edən 760 ailə tərəfindən 1750 qutu ipəkqurdu toxumu bəslənilib və bol məhsul yetişdirilib. Onlarca təcrübəli kümçü bu mövsümdə yüksək göstəriciyə nail olub. Belə ki, Gəlmə kəndindən Teymur Teymurzadə 476 kiloqram, Alıcanlıdan Əlişah Cavadov 415 kiloqram, Nəzəralılıdan Surxay Xəlilov 327 kiloqram, Məmmədqasımlıdan Rəşad Rəşidov 258 kiloqram bol məhsuldarlıq əldə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Zərdabda ardıcıl tədbirlər həyata keçirilir və uğurlu nəticələr qazanılır. Təkcə keçən il rayon kümçüləri 1300 qutu (24700 qram) inkubasiya olunan ipəkqurdu toxumu qəbul edərək normal bəsləmə aparıblar. Nəticədə 53 ton 880 kiloqram barama tədarük edərək respublikada ən yüksək göstəriciyə nail olublar. Bu il də yaxşı nəticə gözlənilir. Belə ki, mütəxəssislər cari mövsümdə 70 ton yaş barama tədarük olunacağı qənaətindədirlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM