11 Iyun 2019 01:18
983
İDMAN
A- A+

II Avropa Oyunlarında Azərbaycanı altı könüllü təmsil edəcək


"Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının üzvləri və nümayəndə heyəti ilə iyunun 10-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

AZƏRTAC xəbər ki, tədbirdə Minskə yollanacaq millimizin üzvləri ilə yanaşı, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibinin müavini Azər Əliyev, həmçinin federasiyaların rəsmiləri iştirak ediblər.

Ç.Hüseynzadə bildirib ki, yığıncaqda əsas məqsəd nümayəndə heyətini vacib məsələlərlə bağlı məlumatlandırmaqdır. O, komanda üzvlərinin Minskdə qarşılanmaları və yarışda iştirak məsələləri barədə söhbət açıb. Bildirib ki, ölkəmizi "Minsk 2019”da idmançılarla yanaşı, 6 azərbaycanlı könüllü də təmsil edəcək. Həmçinin komandamızın qalacağı yer barədə də ətraflı məlumat verilib.

MOK-un vitse-prezidenti vurğulayıb ki, Oyunların açılış mərasimində idmançıların paradında Azərbaycan 80 nəfərlə təmsil olunacaq. Komandamız Minskə iyunun 18-də yollanacaq. Artıq qadın güləşçilərimiz Minskdə təlim-məşq toplanışındadırlar. Belarusa Bakıdan ilk olaraq cüdo, boks və atıcılıq yığmalarımız gedəcək.

Daha sonra "Minsk 2019” II Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Bağırov və müavini Ceyhun Rəhmanov Atletlər kəndi və asudə vaxtın dəyərləndirilməsi üçün yaradılan şərait, yarış obyektləri, Oyunlarda iştirak edəcək idmançıların sayı və idman növləri haqqında məlumat veriblər.

Sonda Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşı Lalə Hacıyeva "Minsk 2019” üçün antidopinq məsələləri və istifadəsi qadağan olunmuş preparat və məhsullar haqqında idmançıları məlumatlandırıb.

Sonra suallar cavablandırılıb.

Tədbir çərçivəsində MOK-un və Azərbaycan Milli Antidopinq Agentliyinin təmsilçiləri tərəfindən "Minsk 2019”la bağlı vacib məlumatlar diqqətə çatdırılıb.

İyunun 21-30-da keçiriləcək II Avropa Oyunlarında Azərbaycan idmanın 11 növü üzrə 82 atletlə təmsil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video