Alternative content

01:07 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
00:37 24.08.2019 Bir bağbanın hekayəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Ümumdünya Gömrük Təşkilatının Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 5-ci iclası keçirilir
Bakıda Ümumdünya Gömrük Təşkilatının Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 5-ci iclası keçirilir
ANA SƏHİFƏ / SİYASƏT
01:17 11.06.2019


İyunun 10-da Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 5-ci iclası işə başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, 31 ölkədən ekspert və nümayəndənin iştirak etdiyi seminarda çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 5-ci iclasının Azərbaycanda keçirilməsinə görə ÜGT-yə təşəkkürünü ifadə edib. Qeyd olunub ki, gömrük nəzarətinin tənzimlənməsi prosesində ən vacib məsələlərdən biri də qeyri-intruziv yoxlamaların həyata keçirilməsi, onların tətbiqidir. Gömrük nəzarətinin sadələşdirilməsi, qısa zaman kəsiyində başa çatdırılması, həmçinin İKT ilə bağlı yeni texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsinin faydalı olacağı diqqətə çatdırılıb. Komitə sədrinin müavini qeyd edib ki, müasir texnologiyaların, yeni avadanlıqların tətbiqi gömrük nəzarətinin təşkili prosesində həm vaxt, həm də vəsaitə qənaət baxımından çox əlverişlidir.

ÜGT-nin ekspertləri - Vyara Filipova və Milena Budimirovic çıxışlarında ölkələrarası məlumat mübadiləsinin aparılmasını, yeni ekspertlərin hazırlanmasını, mövzu ilə bağlı təlimlərin təşkil edilməsinin vacib məsələ olduğunu bildiriblər.

İki gün davam edəcək seminarda Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 4-cü iclasının hesabatı dinləniləcək, Vahid Fayl Formatı (UFF) İnkişafı Proqramının 2-ci mərhələsi üzrə görülən işlər barədə məlumat veriləcək, UFF İnkişaf Proqramının 3-cü mərhələsinin əhatə dairəsi və digər məsələlər müzakirə ediləcək.

Eyni zamanda, seminarda müxtəlif ölkələrin qeyri-intruziv yoxlama sahəsindəki təcrübələrinə dair təqdimatlar da keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM