Alternative content

02:29 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Könüllü olaraq şəhid övladlarının yanındayıq”
“Könüllü olaraq şəhid övladlarının yanındayıq”
ANA SƏHİFƏ / Mədəniyyət
01:15 11.06.2019


"Relslər üzərinə uzanmış adam” xeyirxahları bir araya gətirmək missiyası daşıyır


Bakı Beynəlxalq Mətbuat Mərkəzində "Şəhid övladları və kimsəsiz uşaqlara yardım” İctimai Birliyinin təşkil etdiyi tədbir belə adlanırdı: "Könüllü olaraq şəhid övladlarının yanında olaq”. Tədbirin təşkilində məqsəd bu xeyirxahlıq missiyasının daha geniş auditoriyada ictimailəşdirilməsi, kimsəsiz, şəhid ailələrində böyüyən uşaqların sosial müdafiəsinin gücləndirilməsinə dəstək mahiyyəti daşıyırdı.

Çünki şəhid uşaqlarının sağlam böyümələri, təhsil və digər sahələrdəki mövcud problemlərinin həllində dövlətlə yanaşı, QHT-lərin, ayrı-ayrı iş adamları və xeyriyyəçilərin də fəallığının təmin edilməsi bu gün öz aktuallığı ilə seçilir.

"Şəhid övladları və kimsəsiz uşaqlara yardım” İctimai Birliyinin sədri, "Azərbaycan Bayrağı” ordenli Aprel şəhidi, pilot-mayor Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə tədbirin məqsədini diqqətə çatdırdı: "Açığı, 3 ildən artıqdır ki, fəaliyyətdə olan "Şəhid övladları və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi könüllülərinin fədakarcasına reallaşdırdığı layihələr haqqında cəmiyyətə bugünədək heç bir məlumat-informasiya verilməyib. Lakin hiss olunur ki, bəzi məsələlər geniş ictimai auditoriyaya çıxarılmalıdır ki, mahiyyəti dərk edilsin və könüllülərimizin sayı artsın. Əlbəttə, şəhid ailələri dövlət və hökumətimiz tərəfindən diqqətdən kənarda saxlanmır. Əksinə, bu gün ölkəmizdə şəhid ailələrinə, o cümlədən övladlarına yaradılan şərait, göstərilən diqqət və qayğı çox böyükdür. Bu məsələ Heydər Əliyev Fondunun müntəzəm şəkildə reallaşdırdığı bir sıra layihələrdə də öz əksini tapıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə yürütdükləri humanitar aksiyalar və sosial siyasət əhali, o cümlədən şəhid ailələri tərəfindən yüksək qiymətləndirilir. Kimsə diqqət və qayğıdan uzaq deyil. Lakin elə məsələlər var ki, onu dövlətdən tələb etmək, yaxud sadəcə ummaq yersizdir. Məsələn, çeşid-çeşid adlarla və müxtəlif məramlarla fəaliyyət göstərən sosial, humanitar siyasət təmayüllü QHT-ləri, iş adamlarını və ya xeyriyyəçilərimizi də bu vacib məsələyə cəlb etməyin zamanıdır. Burada söhbət maddiyyatdan daha çox mənəvi, psixoloji yardımdan gedir...”

Tədbirin təşkilatçısı qeyd etdi ki, bugünkü mətbuat konfransının keçirilməsində məqsəd "Qədim qala” nəşriyyat evi və əsərlərinin kütləvi, təkrar nəşrinə, eləcə də satışına görə gündəmdə olan yazıçı Rövşən Abdullaoğlunun "Relslər üzərinə uzanmış adam” kitabının növbəti tirajından əldə olunan gəlirin "Səhid övladları və kimsəsiz usaqlara yardım” İB-ə ianə etməsi ilə bağlıdır.

Şəhid ailəsinin başçısı Pərişan xanım Musazadənin məlumatından aydın oldu ki, İB-in təşkilatçılığı və dəstəyi ilə bir neçə şəhid ailəsinin xanımı işlə təmin olunub. 1992-1993-cü illərdə həyat yoldaşları şəhid olmuş xanımlar iş tapmaqda İB-ə müraciət ediblər. Birliyin bununla bağlı müraciətinə bir çox müəssisələrdən müsbət cavab verilib və şəhid ailələrinin xanımları işlə təmin ediliblər.

Xatırladaq ki, adıçəkilən birlik öz ətrafına xüsusilə vətənpərvər gəncləri cəlb edib. Onların arasında müəllim, hüquqşünas, həkim kimi olduqca vacib ixtisas sahibləri var ki, hər biri öz peşəsi ilə şəhid uşaqlarına könüllü şəkildə, təmənnasız yardım edir.

İctimai birliyin "Şəhid övladları” departamentinin sədr müavini Sevinc Mansurova, təşkilati işlər üzrə koordinatoru Şəfa Əmirova, təhsil və tədris işləri üzrə baş koordinator Rəhimə Nağıyeva kimi "şəhid övladları və kimsəsiz uşaqlara hər zaman təmənnasız yardım etməyə hazıram” deyib birliyə qoşulan könüllüləri var.

"Relslər üzərinə uzanmış adam” əsərinin müəllifi Rövşən Abdullaoğlu, "Qədim qala” nəşriyyat evinin direktoru Fərhad Abdullayev, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub, "Əsgər ailələrinə dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, "Dünya, ana və uşaqlar” İB-in rəhbəri Dünyaxanım Əliyeva, şair-publisist Gilə Əliqızı, şəhid övladlarından İlkin Rüstəmli, Kamran Əhmədov və başqaları hər iki tərəfin xeyirxahlıq missiyasını alqışladılar və fəaliyyətlərində uğurlar dilədilər.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM