Alternative content

18:32 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tikilməkdə olan Goranboy Olimpiya İdman Kompleksi modern memarlıq üslubunda layihələndirilib
Tikilməkdə olan Goranboy Olimpiya İdman Kompleksi modern memarlıq üslubunda layihələndirilib
ANA SƏHİFƏ / İDMAN
01:15 11.06.2019


Azərbaycan bu gün dünyada idman ölkəsi, mötəbər beynəlxalq yarışların keçirildiyi məkan kimi tanınır. Bu uğurların qazanılmasında paytaxtımızla yanaşı, regionlarda inşa edilən müasir olimpiya idman komplekslərinin və idman qurğularının böyük rolu var. Hazırda bu istiqamətdə işlər davam etdirilir, Gənclər və İdman Nazirliyinin sifarişi ilə Tərtər, Yardımlı, Neftçala və Goranboy rayonlarında yeni olimpiya idman kompleksləri inşa olunur.

Gənclər və İdman Nazirliyinin Maliyyə və maddi-texniki təchizat şöbəsinin sektor müdiri Elmir Mehdiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin idman infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən bazanın yaradılması istiqamətində əsaslı işlər görülüb.

İdman infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülmüş işlərin yalnız qeyd edilən iri idman obyektləri ilə məhdudlaşmadığını deyən Elmir Mehdiyev diqqətə çatdırıb ki, eyni zamanda, son 10 ildə təkcə Gənclər və İdman Nazirliyinin sifarişi ilə Bakı şəhərinin qəsəbələrində 9 idman zalı, minifutbol və digər idman meydançaları, şahmat məktəbi tikilib istifadəyə verilib. Bu işlər, eyni zamanda, regionları da əhatə edib. Növbəti illərdə paytaxtın Səngəçal, Ələt, Qobustan, Qaraçuxur, Bülbülə, Türkan, Qala qəsəbələrində də bu kimi idman zalları və meydançaların tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Goranboy Olimpiya İdman Kompleksinin tikintisi barədə məlumat verən E.Mehdiyev deyib: "Bu kompleks modern memarlıq üslubunda layihələndirilib. Tikinti işləri qrafikə və tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Kompleksin ərazisi 2,8 hektar, tikintialtı sahəsi 5900 kvadratmetr, ümumi sahəsi 9137 kvadratmetrdir. Kompleksdə 1100 tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, minifutbol yarışlarının keçirilməsi üçün universal idman stadionunun tikintisi planlaşdırılır. Burada həmçinin üzgüçülük, güləş, boks, trenajor, şahmat, konfrans zalları, yeməkxana, inzibati otaqlar tikiləcək. Eyni zamanda, baş plana əsasən ərazidə üçmərtəbəli 45 çarpayı yerlik mehmanxana və uşaqlar üçün meydançanın inşası nəzərdə tutulur”.

Hazırda kompleksin əsas binasında dəmir-beton konstruksiyalar quraşdırılır, hörgü, izolyasiya və digər işlər görülür. Ərazidə şaquli planlaşdırma və digər torpaq işləri yerinə yetirilir. Kompleksdə işlərin təxminən 20 faizi yekunlaşıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM